Accessibility links

ABŞ Hərbi Dəniz Qüvvələri Fort Detrikdə "aktiv atışma insidenti" olduğunu bildirib


Merilend polisi çərşənbə axşamı atışma insidentinin azı iki qurbanı olduğunu bildirib. ABŞ Hərbi Dəniz Donanması Fort Detrikdə dənizçilərin iştirak etdiyi hadisəni "aktiv atışma insidentinin" baş verdiyini bildirib. Polis şübhəlinin vurulduğunu açıqlayıb.

Polisin verdiyi məlumata görə, insident Detrik Fortdan təxminən 6 km. məsafədə, biznes ofisinin yaxınlığında baş verib. Hərbi Dəniz Qüvvələri əlavə təfərrüatları açıqlamayıb.

“Nikolok Pavinq Stons” şikrkətinin marketinq direktoru Ceremi Mütşler hadisənin şirkətin özündə deyil, Frederikdəki ofisinin yaxınlığında baş verdiyi haqda məlumatı olduğunu bildirib.

"Yaralanan qurbanlardan biri kömək axtararaq müəssisəmizə girdi və biz kömək edərək rəsmilərə zəng edə bildik" - deyə, Nyu Yorkda olan Mütşler qeyd edib.

Polisə istinad edən “The Baltimore Sun” qəzeti qurbanların hər ikisinin atışma zamanı həyat üçün təhlükəli xəsarət aldığını və Baltimorda Merilend Universitetinin Travma Mərkəzinə göndərildiyini bildirib.

XS
SM
MD
LG