Accessibility links

ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı: İranla "çətin təmkin" əldə olunub


ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sam Paparo Bəhreyndə keçirilən Manama Dialoqunda iştirak edir, 5 dekabr, 2020.
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sam Paparo Bəhreyndə keçirilən Manama Dialoqunda iştirak edir, 5 dekabr, 2020.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yüksək rütbəli rəsmisi bazar günü ABŞ-ın İranla Vaşinqton və Tehran arasında İslam Respublikasının nüvə proqramı ilə əlaqədar gərginliyin yüksək olaraq qalmasına baxmayaraq, aylardır davam edən regional hücumlardan və gəmilərin ələ keçirilməsi hallarından sonra "çətin təmkin" əldə edildiyini bildirib.

Bəhreyndə qərargahlanan Dəniz Qüvvələrinin 5-ci Donanmasına nəzarət edən vitse-admiral Sam Paparo Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ev sahibliyi etdiyi hər il keçirilən Manama Dialoqu çərçivəsində çıxışı zamanı açıqlamalar verib. O, İranın donanması, eləcə də İnqilab Keşikçilərinin dəniz qüvvələrinə münasibəti "sağlam hörmət" kimi təsvir edib.

“Biz asan olmayan çəkindirmə əldə etdik. Bu çətin məhdudlaşdırma dünya hadisələri və bu yolda baş verən hadisələrlə daha da şiddətlənir” – deyə vitse-admiral bildirib. "Lakin mən İranın dənizdə fəaliyyətinin lazımsız ehtiyatsızlıq, ya da dənizdə eskalasiya riskinə yol verməmək üçün ehtiyatlı, diqqətli və hörmətli olduğunu hesab edirəm", o əlavə edib.

İranın BMT-dəki nümayəndəliyi şərh vermək haqda müraciətə dərhal cavab verməyib.

İran son aylarda birbaşa tanker ələ keçirməyib hədəf almasa da bu yaxınlarda Səudiyyə Ərəbistanı sahillərində neft tankeri minaya dəyərək partlayıb və Yəmən yaxınlığında bir yük gəmisinə hücum edilib. Hər iki hücumun arxasında olduğu ilə bağlı şübhələr dərhal Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarının üzərinə düşüb. Husilər hücumların heç biri ilə bağlı şərh verməyib.

ABŞ Hərbi Dəniz Qüvvələri və İran körfəzində ABŞ-ın hərbi gəmiləri ilə yanaşı hərbi gəmilərinin üzdüyü və bəzən avtomat silahlardan atəşlər və raket atılması ilə müşayiət olunan təlimlər keçirən İnqilab Keşikçiləri arasında müntəzəm olaraq gərgin qarşıdurmalar yaranır.

İnqilab Keşikçiləri İran körfəzinin dayaz sularında və Hörmüz boğazında patrul xidməti keçirir. İranın nizami dəniz donanması qüvvələri isə Oman körfəzi və Ərəbistan dənizində fəaliyyət göstərir.

XS
SM
MD
LG