Accessibility links

ABŞ hərbi qüvvələri Əfqanıstanda İslam Dövləti qrupunun liderini hədəf alıb


Əfqanıstanın Nangarhar vilayətində ABŞ hərbi qüvvələrinin hava hücumundan sonra görünüş, 7 iyul, 2018.
Əfqanıstanın Nangarhar vilayətində ABŞ hərbi qüvvələrinin hava hücumundan sonra görünüş, 7 iyul, 2018.

ABŞ hərbi qüvvələri keçən ay Əfqanıstanın şərqində Xorasan Vilayətində İslam Dövləti qrupunun liderinin hədəf alınaraq öldürüldüyünü bildirib.

Qrup İslam Dövləti qrupunun Əfqanıstan və Pakistanda fəaəliyyət göstərən qoludur.

Əbu Saad Orakzay kimi tanınan Əbu Sayed Bacaur Xorasan Vilayətində İslam Dövləti qrupunun son iki ildə koalisiya qüvvələri tərəfindən öldürülən üçüncü lideridir.​

General Skott Miller Əfqanıstan paytaxtı Kabildə "Qətiyyətli Dəstək" missiyasının rəhbərliyinin dəyişməsi mərasimində nitq söyləyir, 2 sentyabr, 2018.
General Skott Miller Əfqanıstan paytaxtı Kabildə "Qətiyyətli Dəstək" missiyasının rəhbərliyinin dəyişməsi mərasimində nitq söyləyir, 2 sentyabr, 2018.

Terrorçu qrupun liderinin öldürüldüyü ABŞ-ın yeni hərbi komandiri Əfqanıstandakı NATO və Amerika hərbi qüvvələrinin rəhbərliyini öz üzərinə götürdüyü gün elan edilib. General Skott Miller deyib ki, Əfqanıstanda missiyanın əsas vəzifələrindən biri ölkənin terrorçu qruplar üçün sığınacağa çevrilməməsidir.

“Amerika və müttəfiqlər hücum planlaşdırmaq, bunun üçün resurs toplamaq və birbaşa hücumlar törətməyə çalışan trans-regional terrorçu şəbəkələrinə təzyiq göstərmək üçün buradadır”, general bildirib.

Xorasan Vilayətində İslam Dövləti qrupu Əfqanıstanda təzyiqlərlə qarşılaşmasıma və ABŞ-ın hərbi hava hücumlarını artırması nəticəsində onun birbaşa nəzarətində olan ərazilərin getdikcə kiçilməsinə baxmayaraq, ölkənin müxtəlif yerlərində hücumlar törədib.

Əfqanıstandakı NATO və Amerika hərbi qüvvələrinin komandanı vəzifəsi başa çatan general Con Nikolson (solda) və rəhbərliyi öz üzərinə götürən general Skott Miller Kabildə mərasim zamanı, 2 sentyabr, 2018.
Əfqanıstandakı NATO və Amerika hərbi qüvvələrinin komandanı vəzifəsi başa çatan general Con Nikolson (solda) və rəhbərliyi öz üzərinə götürən general Skott Miller Kabildə mərasim zamanı, 2 sentyabr, 2018.

Keçən ay şiələrin məskunlaşdığı ərazidə törədilən hücum nəticəsində universitetə qəbul olmaq üçün imtahan verməyə gəlmiş onlarla tələbə həyatını itirib. Şiələr Xorasan Vilayətində İslam Dövləti qrupunun Əfqanıstanda əsas hədəflərindən biri olub.

Amerika və müttəfiqlər hücum planlaşdırmaq, bunun üçün resurs toplamaq və birbaşa hücumlar törətməyə çalışan trans-regional terrorçu şəbəkələrinə təzyiq göstərmək üçün buradadır.
Skott Miller

Xorasan Vilayətində İslam Dövləti qrupunun 2015-ci ildən Əfqanıstanda əsas istinadgahı olan Nangarhar vilayətində 2017-ci ilin noyabr ayında törədilən hücum ABŞ hərbi qüvvələri üçün ən böyük itkilərlə nəticələnmişdi.

Lakin zorakılıqlara baxmayaraq, NATO və ABŞ hərbi qüvvələrinin komandanı vəzifəsi başa çatan general Con Nikolson qrupun zəiflədiyini deyib.

“Onlar itkilərini öz sıralarına digər zorakı ekstremist təşkilatlardan üzvlər qəbul etməklə qarşılaya bilib. Lakin sıralarını doldurmaqlarına baxmayaraq, onlar döyüşçülərini və mövqelərini itirir”, general Nikolson Amerikanın Səsinə email vasitəsilə verdyi bəyanatında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG