Accessibility links

ABŞ hərbi qüvvələri Baltik ölkələrinə yerləşdirilmək üçün Latviyaya gəlib


ABŞ ordusunun Abrams tankı Riqa limanında gəmidən çıxır, 16 oktyabr, 2019.
ABŞ ordusunun Abrams tankı Riqa limanında gəmidən çıxır, 16 oktyabr, 2019.

Birləşmiş Ştatların hərbi qüvvəsi və texnikasının Rusiyadan potensial aqressiyanın qarşısını almaq məqsədilə Litvaya yerləşdirilməsindən öncə 500 ABŞ əsgəri və onlarla hərbi maşın çərşənbə günü Latviya paytaxtı Riqanın limanına yetişib.

Hərbi qüvvələrin altı ay müddətinə bölgədə yerləşdirilməsi Baltik ölkələrindən müttəfiqləri Pentaqonun bu yaxınlarda Avropada müdafiə layihələrinə maliyyəni ixtisar etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın Avropanın şərq cinahının müdafiəsinə sadiq qaldığına əmin etmək məqsədi daşıyır.

Hərbi qüvvələr 2020-ci ilin yaz aylarında Baltik ölkələri və NATO-nun qalan hissəsi arasında yeganə quru yol olan Suvalki dərəsinin müdafiəsinin məşqi məqsədilə keçiriləcək hərbi təlimlərdən sonra bölgəni tərk edəcək.

Moskva nə Baltik ölkələri, nə də Polşanı işğal etmək niyyəti olmadığını bildirərək, NATO-nu hərbi qüvvələri Rusiya sərhədlərinə yaxın mövqelərə çəkməklə Avropada sabitliyi pozmaqda ittiham edir.

Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra Britaniya, Kanada, Fransa və Almaniya da daxil olmaqla müttəfiq ölkələrin hərbi qüvvələri NATO-nun digər üzvləri olan Polşa, Litva, Latviya və Estoniya hərbi qüvvələri ilə vaxtaşırı olaraq Baltik ölkələrində yerləşdirilir.

XS
SM
MD
LG