Accessibility links

ABŞ hərbi qüvvələri sərhəddə divarın genişləndirilməsi planını təsdiqləyib


Müdafiə naziri Mark Esper Birləşmiş Ştatların Meksika ilə sərhədində 32 kilometrlik daha bir səddin inşa edilməsini təsdiq edib. Bu barədə Müdafiə Nazirliyinin rəsmisi Amerikanın Səsinə bildirib.

İndiyə qədər sərhəddə 25o kilometrlik məsafəlik səddin inşası üçün hərbi qüvvələrin büdcəsindən başqa məqsədlər üçün ayrılmış vəsaitdən istifadə edilib.

ABŞ-ın Ali Məhkəməsi iyul ayında fikir ayrılıqları şəraitində administrasiyanın sərhəd boyu 200 kilometrlik hasar üçün Pentaqonun fondlarından istifadə etməsinə icazə verib.

Ali Məhkəmənin hakimləri aşağı instansiya məhkəməsi tərəfindən 2.5 milyard dollar məbləğində vəsaitin xərclənməsi üçün qoyulmuş maneəni aradan qaldırıb.

Pentaqon bundan əvvəl vəsaitin narkotik maddələrlə mübarizə üçün ayrılmış fondlardan köçürülməsinə razılıq verib. Bu proqram çərçivəsində narkotik maddələr qaçalmalçılığı üçün potensial dəhlizləri bloklamaq üçün sərhəddə səddin inşasına vəsait ayrılması nəzərdə tutulur.

May ayında müdafiə naziri səlahiyyətlərini icra edən Pat Şanahan Pentaqondan vəsaitin ayrılmasını təsdiq edib. Bu fondlara Əfqanıstanda təhlükəsizlik qüvvələrinə təlim verilməsi üçün ayrılmış vəsait də daxildir. O zaman Şanahan sərhəddə divar üçün bundan sonra əlavə vəsaitin yenidən proqramlaşdırılmayacağını bildirmişdi.

Müdafiə Nazirliyinin rəsmisi Amerikanın Səsinə sərhəd üçün maliyyə fondlarının Əfqanıstanda təhlükəsizlik qüvvələrinə təlim verilməsi ilə yanaşı digər proqramlardan da köçürüldüyünü deyib.

XS
SM
MD
LG