Accessibility links

ABŞ hərbi rəsmiləri Əfqanıstandan hərbi qüvvələrin çıxarılması ilə bağlı qanunvericilərin suallarını cavablandırıb


ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri Əfqanıstandan təxliyəni müdafiə edərək, ilkin çətinliklərə baxmayaraq, səylərin "bütün gözləntiləri aşdığı"nda israr edib.

ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətinin çöküşü və Əfqanıstandakı amerikalılar və əfqan müttəfiqlərin ölkədə hakimiyyəti ələ alan Talibanın qisas riski ilə üzləşməsi və hava yolu ilə təxliyə ilə bağlı davamlı tənqidlər mövcuddur.

Lakin ABŞ-ın Müdafiə naziri Lloyd Austin çərşənbə axşamı Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi açıqlamada təxliyənin mümkün qədər problemsiz getdiyini və dünyanın heç bir ordusunun bundan daha yaxşı bir iş görə bilməyəcəyini deyib.

"Bu, ABŞ tarixində həyata keçirilən ən böyük hava nəqliyyatı təxliyəsi idi və bu, cəmi 17 gündə icra edildi. 70 ilə 80 min arasında şəxsi təxliyə etməyi planlaşdırdıq, amma onlar 124 mindən çox insanı təxliyə etdilər" - deyə, o, komitə üzvlərinə bildirib.

"Mükəmməl idimi? Əlbəttə ki, yox" deyən AustinTalibanın ölkəni gözlənilmədən sürətlə ələ keçirilməsinin ardınca böyük kütlənin hava limanına qaçması səbəbi ilə hava yolu ilə təxliyənin ilk iki gününü "çətin" adlandırıb.

"Bir çox insanı Kabildən o qədər sürətlə köçürdük ki, Əfqanıstanın xaricindəki ara bazalarda yoxlanış ilə qarşılaşdıq" - deyə, Austin əlavə edib.

Müdafiə naziri eyni zamanda, 26 avqust tarixində Kabil hava limanında 13 ABŞ hərbçisinin və 169 əfqanıstanlının həyatına son qoyan intihar hücumu və 7 uşaq da daxil olmaqla, 10-a qədər Əfqanıstan vətəndaşının ölümünə səbəb olan pilotsuz təyyarə hücumu ilə bağlı məyuslığını ifadə edib.

Ancaq o, planlaşdırma prosesini müdafiə edərək, onların artıq bölgədə olmasını səbəb gətirərək, ordunun Həmid Kərzay Beynəlxalq Hava Limanına tez bir zamanda əlavə qoşun almasına icazə verdiyini deyib.

Austin ordunun Əfqanıstanı tərk etmək istəyən amerikalılara kömək etməkdən geri çəkilmədiyini deyib.

Bəzi qanunvericilər təxliyəni "faciə və dəhşət şousu" adlandıraraq, administrasiyanın səylərini tənqid edib.

Komitədə nüfuzlu respublikaçı qanunverici Cim İnhof hadisələrin necə baş verdiyini "qarşısı alınan" adlandıraraq, "hamımız prezidentin öz əlləri ilə yaratdığı dəhşətin şahidi olduq" deyib.

"Baş verənləri əvvəlcədən görmək mümkün idi. Prezident Bayden və müşavirləri döyüş komandirini dinləmədilər. O, Konqresi dinləmədi və hamımızın nə olacağını bildiyimizi əvvəlcədən təxmin edə bilmədi" - deyə, o bildirib.

İnhof Bayden administrasiyasını Talibanın nəzarətində olan Əfqanıstanda ehtimal olunan terror təhdidlərinə qarşı bir plan hazırlamamaqda günahlandırıb.

Lakin Austin və Baş Qərargah Rəisləri Birliyinin sədri general Mark Milli qanunvericilərə terrorla mübarizə əməliyyatlarının çətin olmasına baxmayaraq, ordunun ABŞ-ın təhlükəsizliyinin təmin edilməsinə sadiq qaldığını deyib.

"Bu missiya indi daha çətin olacaq, amma qeyri-mümkün deyil" - deyə o, həm Əl-Qaidə, həm də İslam Dövləti terror qruplaşmasının təhdidlərinin yaxın bir ildən üç ilə qədər ərzində özünü göstərə biləcəyi iə bağlı xəbərdarlıq edərək qanunvericilərə bildirib.

"Yenidən qurulan Əl-Qaidə və ya İŞİD-in ABŞ-a hücum etmək istəyi çox real bir ehtimaldır" - deyə, o əlavə edib.

"Yadda saxlamalıyıq ki, Talibanın terrorçu bir təşkilat olub və belə qalmaqda davam edir və hələ də Əl-Qaidə ilə əlaqələrini kəsməyib. Kiminlə qarşı-qarşıya olduğumuza dair heç bir illüziyam yoxdur" - deyə, Milli bildirib.

XS
SM
MD
LG