Accessibility links

ABŞ hakimi sərhəddə muhacir uşaqların qaldıqları obyektlərin şəraiti ilə bağlı təhqiqat aparılmasına qərar verib


Kaliforniyada federal hakim Texasda ABŞ-ın sərhəd təsislərində immiqrant uşaqların vəziyyətinə nəzarət etmək üçün müstəqil müşahidəçi təyin edəcəyini deyir.

Los Ancelesdə işləyən hakim Dolli Ci deyib ki,belə görünür, Texasın Rio Qrande şəhərində hökümətin himayəsi altında olan uşaqlara göstərilən qayğı ilə bağlı “davamlı problemlər var”

Hakimin sözlərinə görə, ABŞ hökümətinin müşahidəçilərinin dəyərləndirməsi ilə immiqrant valideynlərin qiymətləndirməsi arasında “əlaqə yoxdur ”və hakimin təyin etdiyi müşahidəçi “obyektiv dəyərləndirmə” edəcək. Mühacir uşaq və valideynlərdən gələn şikayətlər arasına bozulmuş ərzaq, su çatışmazlığı və soyuq hava şəraitini daxildir.

Rio Qrande şəhərində uşakların saxlandığı obyekt
Rio Qrande şəhərində uşakların saxlandığı obyekt

Qərar ABŞ rəsmiləri ayrı bir məhkəmənin ölkəyə qanunsuz daxil olarkən ayırılan uşaqlar və valideynlərin birləşdirilməsini tələb edən qərarını icra etməyə çalışdığı vaxta təsadüf edir.

Ədliyyə Nazirliyi cümə axşamı 5 yaşından yuxarı 1400 uşağın valieynləri ilə bir araya gətirildiyini bildirib.

Lakin 700 uşaq hələ ki, hökümətin himayəsindədir və onların aqibəti qeyri-müəyyəndir.

Li Gelernt, Amerika Vətəndaq Azadlıqları İttifaqının vəkili
Li Gelernt, Amerika Vətəndaq Azadlıqları İttifaqının vəkili

Deportasiya edilmiş valideynlər

İmmiqrasiya vəkilləri deyib ki, hökümət ölkələrinə geri göndərilən valideynlərin bəzilərini inandırıb ki, uşaqlarını bird aha görə bilmələrinin yeganə yolu ölkələrinə geri dönməkdir.

Amerika Vətəndaş Azadlıqları İttifaqının vəkilləri Honsuras və Qvatemala kimi ölkələrdə hüquq fəallarının olduğunu və onların bu iddianı araşdıraracaqlarını bildirib.

Sıfır tolerantlıq siyasəti

Prezident Donald Trampın “sıfır tolerantlıq” siyasəti altında aprel və may ayında Meksikadan qanunsuz şəkildə Birləşmiş Ştatlara keçən ailələr dərhal həbs edilib. Onların uşaqları isə hökümətin himayəsinə verilib.

Ölkə boyu etirazlardan sonra Tramp ailələrin ayrılmasının qarşısını alan sərəncam imzaladı.

San Dieqoda federal hakim uşaqları ailələri ilə birləşdirmələri üçün rəsmilərə iki son möhlət günü verib.

Valideynlərin çoxuna uşaqları ilə bir araya gətiriləndən sonra topuqlarına taxmaları üçün yerlərini təsbit edəcək bilərzik verilib ki, onlar növbəti məhkəmələrinən qaçmasın.

XS
SM
MD
LG