Accessibility links

ABŞ hamilə qadınlara viza məhdudiyyətləri tətbiq edir


Donald Trampın tərəfdarları Konqres binasının önündə
Donald Trampın tərəfdarları Konqres binasının önündə

Tramp administrasiyası cümə axşamı “doğum turizmini” məhdudlaşdırmaq məqsədilə yeni viza qanunlarını təqdim edib. “Doğum turizmi” qadınların uşaqlarına ABŞ pasportu ala bilmək üçün doğum üçün Amerikaya gəlmələridir.

Federal Reyestr qaydalarına əsasən, əgər konsullar qadınların ABŞ-a getmələrinin əsas məqsədinin uşaq dünyaya gətirmək olduğuna qənaətə gəlsə, onlara turist vizası verilməyəcək. Qadınların yalnıx doğum üçün deyil, həqiqi tibbi problemdən dolayı ABŞ-a səfər etdiklərini sübut etmələri çox çətin olacaq. Tibbi problemi olanlar ABŞ-a tibbi müalicə üçün gələn digər insanlar kimi rəftar görəcək və onların nəqliyyat və yaşayış xərclərini ödəmək üçün vəsaitlərinin olduğunu sübut etməli olacaqlar.

ABŞ-a doğum üçün səyahət etmək əsas etibarıyla qanunidir, baxmayarq ki, rəsmilər daha öncə doğum turizm agentliklərinin idarə edən şəxsləri viza saxtakarlığı və ya vegidən yayınma ittihamları ilə həbs ediblər. Qadınlar adətən viza üçün müraciər edərkən niyyətlətini dürüst şəkildə açıqlaıyırlar və hətta həkim və xəstəxanalrdan aldıqları imzalı müqavilələri təqdim edirlər.

Cümə günü qüvvəyə minən yeni qanunlara əsasən, Dövlət Departamenti Birləşmiş Ştatlara uşaq üçün ABŞ vətəndaşlığı əldə etmək məqsədilə səfər etməyin istirahət məqsədli səyahət olmadığına inanır.

Prezident Donald Trampın administrasiyası immiqrasiyanın bütün formalrını məhdudlaşdırır, lakin Trampı ən çox narhat edən məsələ ABŞ-da doğulan hər kəsə vətəndaşlığın verilməsidir. Respublikaçı prezident bu məsələyə qarşı çıxıb və buna son qoymaqla təhdid edib, lakin alimlər və onun adminsitrasiyasnın üzvləri bunun asan olmadığını deyib.

Konsulluq işçilərinin qadınlardan hamilə olub-olmadıqlarını soruşmaq haqqları yoxdur. Buna baxmayaraq onlar viza üçün müraciət edən qadınların ABŞ-a uşaq dünyaya gətirmək məqsədilə gəlib-gəlmədiklərini müəyyən etməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG