Accessibility links

ABŞ-ın vitse-prezidenti İqlim Böhranı Strategiyasının təşviqi məqsədi ilə qərb regionuna səfər edir


ABŞ-ın vitse-prezidenti Kamala Harris Bayden administrasiyasının iqlim böhranı strategiyasını irəli sürmək və böyük infrastruktur planının qəbul edilməsinə çağırmaq üçün bazar ertəsi Mid gölünə gedəcək.

Nevada ştatının kazinoları ilə tanınan və turistlərin çox olduğu Las-Veqas şəhəri yaxınlığındakı süni su anbarı ABŞ-ın yeddi qərb və Meksika ştatının şimalını təmin edir. Harris regiondakı 40 milyondan çox insanı içməli su və elektriklə təmin edən ABŞ-ın ən böyük həcmli Mid gölündəki su səviyyəsinin azalması ilə əlaqədar müzakirələr aparmaq üçün yerli, ştat və federal rəsmilərlə görüşəcək.

Qərb regionunda on illərdir davam edən quraqlıqdan sonra ABŞ hökuməti avqust ayında ilk dəfə Mid gölündə suyun səviyyəsinin rekord dərəcədə azaldığını bildirib və su çatışmazlığı elan edib. Su çatışmazlığı Nevada, Arizona və Meksika ştatlarının rəsmilərini gələn ildən etibarən suya məhdudiyyətlər tətbiq etməyə məcbur edib.

Mid gölü
Mid gölü

Mid gölünə səfəri zamanı Harris bu ilin əvvəlində Prezident Co Bayden və Senatın iki partiyalı qrupu arasında əldə edilən İnfrastruktur və İş Yerləri üçün 550 milyard dollarlıq investisiya razılaşmasını təşviq etməyi planlaşdırır. İnvestisiyaya ölkənin su infrastrukturunu gücləndirmək və uzunmüddətli istilik dalğaları və quraqlıq da olmaqla, icmaların iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün on milyardlarla dollar da daxildir.

İnfrastruktur planı Senat tərəfindən təsdiqlənsə də, prezidentin ölkənin sosial təhlükəsizlik şəbəkəsinə əhəmiyyətli təkan verəcək Daha Yaxşı Qurma planının maliyyələşdirilməsi ilə bağlı sıx və daha aqressiv müzakirələr səbəbi ilə Nümayəndələr Palatasında ilişib qalıb.

XS
SM
MD
LG