Accessibility links

“Böyük Birlik” fondu


“Böyük Birlik” fondu
please wait

No media source currently available

0:00 0:02:39 0:00

“Böyük Birlik” fondu

Kiçik bir şəhərdə ianə evsiz-eşiksiz insanları yedirtmək və sənətə dəstək vermək üçün toplanması qərarına gəlindi. Bu və digər ehtiyacları təmin etmək üçün Virciniya ştatının Harrisonburq şəhərində yaradılan “İcma Fondu” qarşısına 300 min dollardan çox vəsait toplamaq məqsədi qoydu və Online kampaniyasına başladı.

Virciniya ştatının Harrisonburq şəhərinin əhalisinin sayı 53 min 78 nəfərdir. Bu şəhər kiçik olsa ürəyi böyükdür. 536 min 300 dollar – Bu, Harrisonburqun “Böyük Birlik” xeyriyyə təşkilatının ikinci ildir keçirdiyi ianə kampaniyasının bir gün ərzində topladığı məbləğdir. Bu pul ancaq online vasitəsilə toplanıb. Xeyriyyəçilərə gün doğandan, gün batanbadək vaxt verilmişdi.

Proqramın rəhbəri Amanda Bomber və digər əməkdaşlar ianənin toplanmasını həyəcanla izləyirdi.

((Amanda Bomfim, Program Officer, The Community Foundation of Harrisonburg)) ((Female In English)

“Əvvəlcə mən həyəcan keçirirdim. Bizim məqsədimiz 330 min dollar toplamaq idi. Bildiyiniz kimi bu böyük məbləğdir. Mən uğur qazanmaq və qeyri-hökumət təşkilatlarının icmadan faydalanmasını istəyirəm.”

Fondun icraedici direktoru Revlan Hill qonşuların da dəstək olduğunu deyir.

((Revlan Hill, Executive Director, The Community Foundation)) ((Female In English)) Revlan Hill - İcma Fondu

“Fikrimcə, hər kəs yardım etmək istəyir. Sizin xəstə qonşunuz var və siz ona tort apara bilərsınız. Küçədə kiminsə nəyəsə ehtuiyacı var, siz ona yardım edirsiniz. “Böyük Birlik” bizim hamımıza icma üçün nə isə gözəl bir şey etməyə imkan verir. İki nəfər bir nəfərdən daha güclüdür, bu isə o deməkdir ki, icmadakı minlərlə insan birlikdə çox güclüdür.”

Yerli 89 qeyri-hökumət təşkilatı maliyyə yardımı üçün qeydiyyatdan keçib. Yerli incəsənətin təbliği və dəstəklənməsinə yardım edən qeyri-hökumət “Vadinin Sənəti” şurasına 27 min 240 dollar məbləğində yardım verilib.

((Jenny Burden, Executive Director, Arts Council Of The Valley)) ((Female In English))

“Bu icmada sənətə dəstək verilir və hərirətən də sənətin bu şəhər üçün həyatı dəyəri var.”

Digər qeyri-hökumət “Bizim İcmanın Yeri” təşkilata 31 min 600 dollar ianə edildi. Bu təşkilat evsizləri pulsuz yeməklə təmin edir, onlara iş tapmaqda yardım edir.

((Randi Hagi, Kitchen Coordinator, Our Community Place)) ((Female In English))

“Dünyanın hər yerindən buraya insan gələ bilər. Biz evsizlərə və çətinlikdə olanlara yardım etməyə çalışırıq. Yəni biz onlara pulsuz yemək verir, çimmək, çamaşırxana xidmətləri, və s. bu kimi xidmətləri təklif edirik.”

Bu fond qonşuların bir araya gəlib, kiçik ianələr etməsinə imkan yaradır

XS
SM
MD
LG