Accessibility links

COVID-19-un sürətlə artması yenidən məhdudiyyətlərə məcbur edir


Birləşmiş Ştatlar və Hindistan rəsmiləri koronavirusa yoluxma halları sürətlə artdığı üçün yüngülləşdirməyə başladığı məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalıb.

Bazar ertəsi Hindistan bir gün ərzində təxminən 20 min təsdiqlənmiş yoluxma halı ilə daha bir rekord rəqəm göstərib. Keçən ilin sonunda pandemiya yayılmağa başlayandan bəri bu ölkə təsdiqlənmiş hallarla yalnız ABŞ, Braziliya və Rusiyadan sonra gəlir.

Hindistanın Assam ştatının bir hissəsi məhdudiyyətləri iyulun 12-nə, Qərbi Benqal ştatı isə iyulun sonuna qədər uzadıb.

ABŞ-ın Florida, Texas, California və Arizona koronavirusun sıçrayış etdiyi ştatlardandır.

Florida ştatının qubernatoru Ron De Santis bazar günü çimərliklərin yenidən bağlanacağını elan edib və maska taxmaq istəməyən və sosial məsafə saxlamayan gəncləri xəstəliyi yaymaqda günahlandırıb.

Rəsmilər həmçinin ştatdakı əyləncə yerlərindəki barlarda spirtli işkiləri qadağan edib.

"Bu, çox sayda insanı bir araya gətirdiyi və qarşısını almağa çalışdığımız bir mühit yaratdıqları üçün baş verdi. Bütün gördüyümüz işlər küləyə atıldı və buna görə də olduğumuz yerdəyik" - deyə, qubernator bildirib.

Texas və Kaliforniya qubernatorları da ştatlardakı bir çox barları bağladı. "Son bir neçə həftədir çox sürətlə yayılan COVID-19 ştatı təhlükə qarşısında qoyub" - deyə, Texas ştatının qubernatoru Qreq Abbott bildirib.

Kaliforniya qubernatoru Qavin Nyusom da yeddi mahalda açılan barların bağlanmasına gsötəriş verib və daha əvvəl 8 mahalda açılan barların bağlanmasına çağırıb.

Vaşinqton ştatının qubernatoru Cey İnsli ştatda məhdudiyyətlərin qaldırılmasının dördüncü mərhələsini təxirə salıb. ABŞ-ın şimal-qərb ştatı olan Vaşinqtonda son bir həftə ərzində 3180 yeni yoluxma halı, son 6 gün ərzində isə ölkə boyu 35 mindən çox yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG