Accessibility links

ABŞ Hizbullah haqda məlumat üçün 10 milyon dollar mükafat təklif edir


Arxiv fotosu - Hizbullah döyüşçüləri parada zamanı, 12 noyabr, 2010.
Arxiv fotosu - Hizbullah döyüşçüləri parada zamanı, 12 noyabr, 2010.

Amerika Birləşmiş Ştatları Livanın Hizbullah militant təşkilatının maliyyələşdirilməsini pozan məlumata görə $10 milyon dollara qədər pul mükafatı təklif edib.

Ödəniş Dövlət Departamentinin "Ədalət Mükafatları" proqramı çərçivəsində ediləcək.

"Hizbullahın maliyyə mexanizmlərini və onları idarə edən və ya buna kömək edən şəxslərin müəyyənləşdirilməsinə kömək edən istənilən məlumatı qəbul edirik", dövlət katibinin Diplomatik Təhlükəsizlik məsələləri üzrə yardımçısı Maykl Evanov bildirib.

"Ədalət üçün mükafatlar" proqramı axtarışda olan terrorçuların ələ keçirilməsinə kömək edən məlumata görə pul mükafatlarının təqdim edilməsinə yönəlib.

Hizbullah 1997-ci ildə Dövlət Departamenti tərəfindən xarici terror təşkilatı olaraq müəyyən edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG