Birləşmiş Ştatlar cümə günü Pekinin Honq Konqda demokratiyaya qarşı basqıları səbəbindən yeddi Çin rəsmisinə qarşı sanksiya tətbiq edib və ABŞ şirkətlərinə sabiq Britaniya müstəmləkəsində dəyişən hüquqi mənzərə fonunda Honq Konqda biznes yürütməyin leqal və reputasiyaya zərərləri barədə xəbərdarlıq edib.
“Honq Konqda vəziyyət pisləşməyə davam edir,” Ağ Evin mətbuat katibi Cen Psaki müxbirlərə bildirib. “Çində insanların üzləşdiyi risklər hazırda Honq Konqda da mövcuddur.”
Bayden administrasiyası Çinə qarşı siyasətini hərtərəfli nəzərdən keçirir. Administrasiya artıq insan haqları pozuntuları edən, o cümlədən Sincanda uyğurlara qarşı rəftarda əli olan bizneslər və rəsmiləri hədəf alıb.
Cümə günü atılan addımda isə hazırda Honq Konqda aparılan təqiblərdə iştirak edən rəsmilər hədəf alınıb. Onlar 2020-ci il Honq Konq Muxtariyyət Aktını pozmaqda ittiham ediblər. By akt Çinin Honq Konqun qanuni muxtariyyətini qoruyub saxlaya bilməməsinə səbəb olan insanlara sanksiya tətbiq edir.
ABŞ-ın gördüyü yeni tədbirə əsasən, Çinin Honq Konqdakı maraqlarını təmsil edən idarəsi ilə əlaqəsi olan rəsmilərin hesabları dondurulur və onlara qarşı başqa cərimələr tətbiq olunur.
Çin cavab verəcək
Sanksiyalar elan olunandan qısa müddət sonra Çinin xarici işlər nazirliyinin sözçüsü Jao Lician Pekində keçirilən mətbuat konfransında deyib ki, “Çin Birləşmiş Ştatların gördüyü tədbirlərə qətiyyətli və sərt cavab verəcək.”
“Çin Xalq Respublikası hüquq və azadlıqları boğmamalıdır,” ABŞ Dövlət katibi Antoni Blinken Twitter-də bildirib.
Blinken cümə günü deyib ki, sanksiyalarla birlikdə Dövlət Departamenti, Malliyə Nazirliyi, Milli Təhlükəsizlik və Ticarət Nazirliklərinin yaydığı biznes xəbərdarlığı onu göstərir ki, ABŞ “Honq Konqu dəstəkləməyə və Pekinin pozduğu vədləri və repressiv hərəkətlərinə görə cavabdehliyini təbliğ etməyə davam edəcək”
ABŞ-ın baş diplomatı bu sözləri müavinin bazar günü Şimal-şərqi Asiyaya səfərindən öncəyə təsadüf edəcək. Onun səfəri zamanı Çinin “birbaşa və dolayı yolla” gündəmdə olacağı deyilir.
Dövlət katibinin müavini Vendi Şerman iyulun 18-dən 25-dək Yaponiya, Cənubi Koreya və Monqoliyada səfərdə olacaq.
Hazırda onun elan olunan marşrutuna Çin daxil deyil. Lakin Dövlət Departamentinin yeksək səviyyəli rəsmisinin dediyinə görə, Şermanın ABŞ-ın regiondakı müttəfiqləri ilə görüşdən sonra Çinə yola düşüb-düşməyəcəyi ilə bağlı “yekun qərar verilməyib.”
Əgər səfər baş tutra, bu, ABŞ Prezidenti Co Baydenlə Çin lideri Şi Tsinpin arasında oktyabrın sonunda Böyük İyirmilərin sammiti zamanı mümkün görüşünə zəmin yaradacaq.