Accessibility links

Avropa İttifaqında iqtisadiyyatla bağlı proqnozlar ürəkaçan deyil


Boston və Nyu York bizneslərini yenidən açır. Lakin Paris, Roma və Berlin koronavirus pandemiyasının üçüncü dalğası fonunda yenidən bağlanıb.

İndi amerikalıların dörddə birinə COVID-19 peyvəndininən azı bir dozası vurulduğu halda, avropalıların təxminən 10%-nə bir doza tətbiq edilib. Bir çox təhlillər bu il ABŞ iqtisadiyyatının güclü şəkildə canlanacağını proqnozlaşdırsa da, 27 üzvlü Avropa İttifaqı üçün proqnozlar bir o qədər də yaxşı deyil.

Koronavirus Atlantik okeanının hər iki tərəfində sağlamlığa eyni dərəcədə ciddi zərər versə də, belə görünür virusun səbəb olduğu iqtisadi tənəzzüldən sonra bərpa prosesi eyni dərəcədə olmayacaq.

Təhlilçilərin fikrincə, Avropada peyvənd tətbiqinin yavaş getməsi, AstraZeneca peyvəndi ilə yaranan fəsadlar, iqtisadi yardım tədbirlərinin zəifliyi və virusun yenidən artması yaxın müddətdə region iqtisadiyyatının ABŞ-a çatmayacağına işarədir.

Onların sözlərinə görə, əsasən də turistlərdən asılı olan Yunanıstan, Malta və İspaniya kimi cənub ölkələri olmaqla, Avropanın regionları və sektorları arasında da iqtisadi fərqlər kəskin artacaq.

"Avropanın pandemiyadan əvvəlki vəziyyətinə qayıtması üçün gördüyümüz işlər kifayət deyil" - deyə, Brüsseldə yerləşən Bruegel iqtisadi araşdırma qrupunun tədqiqatçısı Niklas Poitiye bildirib.

Statististika Trans-Atlantik qeyri-bərabərliyi təsdiq edib. Bu həftə Fitch Ratings 2021-ci ildə ABŞ-da bir neçə ay əvvəl 4.5% olaraq proqnozlaşdırdığı iqtisadi artımın 6.2%-ə qalxacağını, Avropada isə 4.7% olacağını proqnozlaşdırıb.

Bu ayın əvvəlində Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Mərkəzi ABŞ-da iqtisadi artımın Bayden administrasiyasının 1.9 milyardlıq stimul paketini təsdiq etməsi və vaksinasiyaların sürətləndirilməsi ilə 6.5 faiz olacağını bildirmişdi.

Bu arada, ABŞ-ın Federal Ehtiyat Bürosu bu il Amerikada işsizlik nisbətinin 4,5 faizə düşəcəyini proqnozlaşdırır. Bu isə Avropa Birliyinin statistika agentliyinin ittifaqla bağlı proqnozunun təxminən yarısı deməkdir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG