Accessibility links

Pandemiya dövründə ABŞ-da ərzağa ehtiyacı olanların sayı kəskin şəkildə artıb


ABŞ-da 10 ay əvvəl koronavirus pandemiyası başlayandan bəri ərzaq yardımı da kəskin şəkildə artıb.

Koronavirusun səbəb olduğu COVID-19 xəstəliyi səbəbindən iş itkiləri, maaşların azaldılması, iş yerlərinin bağlanması və xəstəlik milyonlarla amerikalını ailələrinin qidalanması üçün kifayət qədər ərzağın olmaması narahat edir.

Koronavirusa yoluxanların sayı artdıqca Alyaskanın Ankoric şəhərində ərzaq banklarından tutmuş Corciya ştatının Atlanta şəhərindəki ərzaq bankları və mərkəzlərinə pulsuz yemək almaq üçün gedən insanların da sayı artıb.

Texas ştatının Amarillo şəhərindəki "High Plains" ərzaq bankının icraçı direktoru Zak Vilsonun dediyinə görə, şəhərlərdə və kənd yerlərində ərzağa tələb artdığı üçün bütün qida bankları təzyiq altındadır.

"Pandemiya xüsusən qaradərili və azgəlirli icmalardakı yaşamaq üçün mübarizə aparan insanların ərzaq yardımına olan tələbinı daha da artırıb" - deyə, ölkənin ən böyük ərzaq banklarından biri olan "Atlanta İcması Ərzaq Bankı"nın icraçı direktoru Keyl Vayd bildirib.

Vayd işlərini itirən orta sinif amerikalılar da daxil olmaqla, ərzaq anbarına yardım üçün gələn insanların yarısının oraya ilk dəfə gəldiyini deyib.

"Ölkə boyu ərzaq banklarına gedənlərin sayında təxminən 60% artım olduğunu müşahidə etmişik" - deyə, 200-dən çox ərzaq bankı olan Feeding America şəbəkəsinin kommunikasiya direktoru Zuani Villarreal bildirib.

"Çətinliklə dolanan bir çox insan var və biz onların masaya yemək qoymaq üçün əlavə yardıma ehtiyacları var. Bu səbəbdən də ərzaq bankları ərzaq tələbatını ödəmək üçün ianələrin artırılmasına çalışır" - deyə, Villarreal əlavə edib.

Keyl Vayd Atlantada ərzaqla təmin edilmədə 70% artım olduğunu deyib. Onun sözlərinə görə, dövlət, fermalar və ərzaq mağazaları kimi xüsusi donorların köməyi ilə qida bankı bu günə qədər olan ehtiyacı ödəyə bilib.

Ayova ştatının Davenport şəhərindəki "River Bend Foodbank"ın prezidenti Mayk Miller yaşadığı bölgədəki ərzaq təhlükəsizliyinin hazırda ən yüksək səviyyədə olduğunu deyib.

Miller ərzaq bankının əvvəllər ərzağı mağazalardan aldığını, lakin hazırda ərzaq çatışmazlığı səbəbindən malları topdansatış və istehsalçılardan aldığını deyib. O, bunun daha baha başa gəldiyini, ərzaq məhsullarının gətirilməsinin daha uzun sürdüyünü və ərzağa ehtiyacı olan insanlara çatdırılmasını çətinləşdirdiyini bildirib.

Miçiqan ştatının Detroyt şəhərindəki Qurtuluş Ordusu-nun (Salvation Army) icraçı direktoru Ceymi Vinkler şəhərin onsuz da yoxsulluqla üzləşdiyi azgəlirli məhəllələrində ərzağa ehtiyacı olan insanların sayının xeyli artıdığını deyib.

"Bir çox insan işini itirib, bəziləri isə evsiz qalıb. Ailələr uşaqlarını qidalandırmaqda çətinlik çəkir, çünki pandemiya səbəbindən bağlandıqları üçün artıq onlar məktəblərdə pulsuz yemək ala bilmir" - deyə, o bildirib.

Digər ərzaq paylama mərkəzləri isə xüsusən kənd yerləri və ucqar ərazilərdə yaşayan insanların ərzaqla təmin edilməsini vacib hesab edir.

XS
SM
MD
LG