Accessibility links

ABŞ-da işsizliyə görə təzminat üçün müraciət edənlərin sayı yüksək olaraq qalır


Koronavirus böhranının pandemiya başlamasından doqquz ay sonra Amerikanın əmək bazarını zəiflətməkdə davam etdiyi vaxt ABŞ-ın Əmək Nazirliyinin bildirdiyinə görə, keçən həftə təxminən 803 000 insan işsizliy ə görə təzminat üçün görə müraciət edib. Bu, əvvəlki həftədən 89 000 az olsa da, yüksək göstəricidir.

ABŞ-da hazırda 22 milyon işçidən təxminən 10 milyonu hələ də işsizdir. Noyabr ayında işsizlik səviyyəsi 6.7% idi və bir çox iqtisadçı bu rəqəmin aylarla yüksək qala biləcəyini deyir.

Hazırkə göstəricilər mart ayının sonunda koronavirus pandemiyasının ABŞ-da yayıldığı zaman işsizliyə görə rekord 6.9 milyon müraciətin verildiyi vaxtla müqayisədə az olsa da, 1960-cı illərdən bəri pandemiyadan əvvəlki dövrlərdə ilk dəfə olaraq rekord yüksək səviyyədə qalmaqda davam edir.

Bu ilin əvvəlində ABŞ-da işlərin məcburi dayandırılması zamanı işdən çıxarılan milyonlarla işçi geri çağırılsa da, daha çox zərər çəkən bəzi müəssisələr tamamilə bağlanıb və işçilər yeni iş axtarmalı olub.

Ştatlarda işsizliyə görə ənənəvi hökumət təzminatı alanların sayı dekabrın 12-də bitən həftə 5.3 milyon nəfər azalıb. May ayında bu göstərici 23 milyon nəfərə çatmışdı. Ardıcıl azalma insanların işə qayırması və artıq yardıma ehtiyacı olmaması deməkdir. Lakin rəqəmlər həmçinin çoxlarının adətən 6 ay sürən müavinətlərinin bitdiyinə işarə edir.

XS
SM
MD
LG