Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı yüksək olaraq qalır


ABŞ Əmək Nazirliyi cümə axşamı 837 min işçinin keçən həftə işsizlik təzminatı üçün müraciət etdiyini bildirib. Bu, bir həftə əvvəllə müqayisədə nisbətən az olsa da, koronavirus pandemiyasının hələ də Amerikanın əmək bazarına dağıdıcı təsirinin davam etdiyi deməkdir.

ABŞ-da milyonlarla işçi işsiz qalıb və sentyabr ayının ortalarında işsizlik nisbəti 8,1 faiz səviyyəsinə qalxıb. İqtisadçılar bu rəqəmin aylarla yüksələ biləcəyini deyir. Koronavirus pandemiyası dövründə ABŞ-da itirilən 22 milyon iş yerinin yalnız yarısı bərpa edilib.

İşsizlik təzminatına müraciət edənlərin sayı son həftələr 900 mindən aşağı düşsə də, hər həftə dəyişir. Keçən həftə təzminat üçün müraciət edənlərin sayı 837 min olub ki, bu, ondan əvvəlki həftə ilə müqayisədə 36 min nəfər azdır.

Həftəlik müraciətlər mart ayında koronavirusun başlanğıcında 6.9 milyon göstərici ilə rekord səviyyəyə çatmışdı. Lakin 1960-cı illərlə müqayisədə bu rəqəm hələ də yüksək olaraq qalır.

Bu ilin əvvəlində ABŞ-da işlərin məcburi dayandırılması zamanı işdən çıxarılan milyonlarla işç geri çağırılıb. Lakin bəzi daha çox zərər çəkən müəssisələr tamamilə bağlandığı üçün işçilər yeni iş axtarmalı olub.

Şərhlərə bax

XS
SM
MD
LG