Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı artmaqda davam edir


Əmək Departamenti cümə axşamı bildirib ki, koronavirus halları artdığına və bunun dünyanın ən böyük iqtisadiyyatında bir çox müəssisənin bağlanmasına səbəb olmasına görə keçən həftə ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı yenidən artıb.

Mövsümdən asılı olaraq, keçən həftə işini itirən 885000 insan təzminat üçün müraciət edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 23 000 çoxdur.

Bu, ardıcıl olaraq ikinci həftədir ki, göstərici 800 mini aşır. Daha əvvəl 7 həftə işsizlik təzminatı üçün 700 mindən çox insa müraciət edirdi.

Son vaxtlar hər gün 200 000-dən çox koronavirusa yoluxma halı qeydə alındığına görə ştat qubernatorları və bələdiyyə rəsmiləri bundan əvvəl virusun yayılma sürəti azaldığı üçün qaldırdıqları məhdudiyyətləri yenidən tətbiq etmək məcburiyyətində qalıb. Müəssilərdə işlər dayandırılıb, bir çox işçi ixtisara salınıb və işsizlik təzminatı üçün müraciətlərin sayı son beş həftədə xeyli artıb.

Məhdudiyyətlər pərakəndə satış mağazalarının iş saatlarının azaldılmasına, restoranların bağlanmasına, əyləncə və incəsənət mərkəzlərinin canlı şouları ləğv etməsinə səbəb olub. ABŞ-da soyuq qış mövsümündə açıq havada toplaşmalar mümkün deyil.

Mütəxəssislər ABŞ-da Milad və Yeni il bayramlarını qeyd etmələri səbəbindən yoluxmaların artacağını proqnozlaşdırır.

XS
SM
MD
LG