Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı hələ də çoxdur


ABŞ Əmək Nazirliyinin cümə axşamı bildirdiyinə görə, keçən həftə işsizlik tazminatı üçün müraciət edənlərin sayı azalıb, lakin koronavirus pandemiyası dünyanın ən böyük iqtisadiyyatına zərər verməkdə davam etdiyi üçün tarixi standartlara uyğun yüksək olaraq qalır.

Hökumət keçən həftə 779 min işçinin təzminat almaq üçün müraciət etdiyini və bu rəqəmin əvvəlki həftə göstəricisindən 33 min az olduğunu bildirib.

Prezident Co Bayden vəzifəsinin üçüncü həftəsinə başladığı bir vaxt ABŞ iqtisadiyyatı hələ də çətinliklərlə üzləşir. Hər gün on minlərlə insan koronavirusa yoluxur və virusun yayılmasının qarşısını almağa çalışan ştat və bələdiyyələr işçilərin iş saatlarını məhdudlaşdırmaq və ya iş yerlərini bağlamaq barədə yeni qərarlar qəbul edir.

Artıq aylardır ki, işsizlik təzminatı tələblərinin sayı həftədə 700 mindən çox, bəzi həftələrdə isə 800 min və ya 900 mindən çox olaraq qalır.

Hazırkı göstəricilər mart ayının sonunda koronavirus pandemiyasının ABŞ-da yayıldığı zaman işsizliyə görə rekord, 6.9 milyon müraciətin verildiyi vaxtla müqayisədə az olsa da, 1960-cı illərdən bəri ilk dəfə pandemiya səbəbindən rekord səviyyədə qalmaqda davam edir.

Milli hökumət işsizlərə dövlət təzminatından əlavə həftədə 300 dollar ödəyir və bu ödəmə mart ayına qədər davam edəcək. Bayden isə 1.9 trilyon dollarlıq koronavirusa yardım paketində nəzaərdə tutulan həftəlik əlavə 400 dollar olmaqla sentyabr ayınadək amerikalılara çatdırılmasına çalışır.

Respublikaçılar yardımların 300 dollarla məhdudlaşdırılması və buna yaxın zamanda son qoyulması cəhdlərini davam etdirir.

XS
SM
MD
LG