Accessibility links

ABŞ-da işsizlik təzminatına müraciətlər yenidən artıb


Əmək Departamendinin cümə axşamı bildirdiyinə görə, koronavirus pandemiyasının dünyanın ən böyük iqtisadiyyatına vurduğu ziyandan tamamilə xilas olmaq üçün mübarizə aparmağa davam etdiyini bir vaxt işsizliyə görə təzminat üçün müraciət edənlərin sayı yenidən artıb.

Hökumət keçən həftə 770000 işçinin müavinət üçün müraciət etdiyini, bunun əvvəlki həftənin göstəricisindən 45000 çox olduğunu bildirib.

Bəzi ştat qubernatorlarının insanların üz maskası taxmalarına dair göstərişləri ləğv etmələrinə və müəssisələrin tam açılmasına qərar verməsinə baxmayaraq, bir çox ştatdakı müəssisələr hələ də işçilərin azaldılması ilə bağlı məhdudiyyətlərlə üzləşir.

Bütün bunlara baxmayaraq, Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardım paketindən gələn pullar ABÇ iqtisadiyyatına süzməyə başladığı üçün ölkədə məşğulluq problemi nisbətən düzələ bilər. Yardım paketindən ayrılan pullar işə qəbul və istehlak xərclərini artırmağa kömək edə bilər.

Hər gün təxminən 2,4 milyon amerikalıya virusa qarşı peyvənd vurulur. Bayden peyvənd vurdurmaq istəyən hər bir yetkin amerikalının may ayının sonuna qədər bunu edə biləcəyini vəd edib.

İndi 113 milyondan çox amerikalı mövcud üç peyvənddən birinin azı bir dozasını alıb və bu say artdıqca daha çox insan normal həyatına dönə biləcək.

Buna baxmayaraq, bir çox ştatda COVID-19-un yayılmasının qarşısını almaq üçün dövlət və bələdiyyə işçilərinin iş saatlarını və ya eyni vaxtda xidmət edə biləcəkləri müştəri sayını azaltmaqla bağlı məhdudiyyətlər davam edir.

Artıq bir ildir ki, işsizlik təzminatı tələblərinin sayı həftədə 700000-dən yuxarı olaraq qalırdı. 2021-ci ilin əvvəllərində bəzi həftələrdə isə bu rəqəm 800000 və ya 900000-dən yuxarı idi.

XS
SM
MD
LG