Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı hələ də çoxdur


ABŞ-ın Əmək Nazirliyinin cümə axşamı bildirdiyinə görə, işsizlik təzminatı üçün müraciət edənlərin sayı yenidən artıb. Belə ki, koronavirusun vurduğu iqtisadi zərərin bərpası davam edir.

Hökumət keçən həftə 744000 işçinin təzminat üçün müraciət etdiyini, bunun əvvəlki həftənin göstəricisindən 16000 çox olduğunu bildirib. İki həftə əvvəlki 658000 rəqəmi ölkədə bir il əvvəl koronavirus yayılmağa başlayandan bəri ABŞ-da işsizlik təzminatı üçün ən az müraciət demək olub.

2019-cu ildə, pandemiyadan əvvəl işsizlik təzminatı üçün müraciətlərin sayı həftədə orta hesabla 218000 idi.

Lakin yaxşı xəbərlər də var. ABŞ-da yetkin yaşdakı insanların təxminən dörddə birinin peyvəndi tam aldığı üçün onlardan bəziləri son bir ildə edə bilmədiklərini edir, idman zallarındakı üzvlüyünü bərpa edir, restoranlara gedir və səyahətlərə pul xərcləyir ki, bu da daha çox insanın işlə təmin edilməsinə səbəb ola bilər.

Bəzi ştatlarda məhdudiyyətlərin davam etməsinə baxmayaraq, bir çox ştatın qubernatorları insanların üz maskası taxmalarına dair göstərişləri ləğv edir və müəssisələrin tam açılmasına qərar verir.

Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardım paketindən gələn pullar ABŞ iqtisadiyyatına axmağa başladığı üçün ölkədə məşğulluq problemi nisbətən düzələ bilər. Yardım paketindən ayrılan pullar işə qəbul və istehlak xərclərini artırmağa da kömək edə bilər.

XS
SM
MD
LG