Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciət edənlərin sayı azalıb


ABŞ-ın Əmək Nazirliyi koronavirus pandemiyasının davam etdiyi, lakin iqtisadiyyatın qeyri-bərabər şəkildə bərpa olunmağa başladığı bir vaxt keçən həftə işsizlik təzminatı üçün müraciət edənlərin sayının azaldığını bildirib.

Nazirliyin bildirdiyinə görə, ümumilikdə 444 000 nəfər işsizlik təzminatı üçün müraciət edib ki, bu da əvvəlki həftənin göstəricisindən 34 000 nəfər azdır. Bu rəqəm pandemiyanın ölkəyə ilk dəfə yayıldığı 2020-ci il mart ayının ortalarından bəri ən aşağı göstəricidir. Halbuki 2019-cu ildə, koronavirus pandemiyasından əvvəl işsizlik təzminatı üçün müraciət edənlərin həftəlik sayı 218 000 idi.

Vaksinasiya sürəti bir neçə həftə əvvəl ən yüksək səviyyədə olduğu vaxtla müqayisədə indi aşağı düşsə də, ABŞ-da yetkinlərin təxminən 48% -nə koronavirusa qarşı peyvəndin tam dozası edilib və bu, iqtisadi bərpanı sürətləndirib.

İşsizlik təzminatı üçün müraciətlərin sayında davamlı azalma işə qəbul olunanların sayının artdığına işarə edə bilər. Lakin aprel ayında işə götürülənlərin sayı cəmi 266 000 olub. Bu isə mart ayında işə götürülən 916 000 insandan xeyli azdır. Hazırda ABŞ-da təxminən 10 milyon insan işsiz qalıb.

İqtisadiyyat qeyri-bərabər şəkildə bərpa olunduğu üçün, əsasən də restoran və pərakəndə xidmət işçiləri kimi aşağı maaşlı işlərdə işçi çatışmazlığı olduğu bildirilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG