Accessibility links

ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı yenidən azalıb


Əmək Departamentinin cümə axşamı yaydığı məlumata görə, ABŞ-da işsizlik təzminatı üçün müraciətlər keçən həftə yenidən azalıb və koronavirus pandemiyasının ABŞ-da yayılmasındaın bir il yarım sonra ən aşağı səviyyəyə düşüb.

Keçən həftə işsizlik təzminatı üçün cəmi 290 min işsiz insan müraciət edib ki, bu, bir həftə əvvəllə müqayisədə 6000 nəfər azdır. Hökumətin dediyinə görə, bu, keçən ilin mart ayının ortalarında müraciət edən 256 mindən bəri ən aşağı rəqəmdir.

Bu yeni rəqəm Prezident Co Bayden və Vaşinqton siyasətçilərinin ölkə iqtisadiyyatı ilə bağlı narahatlıqlarını dilə gətirdikləri halda belə, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatının 19 aylıq koronavirus pandemiyasının mənfi təsirlərindən sonra dirçəliş yolunda irəlilədiyinin göstəricisidir.

İşsizlik təzminatı üçün müraciətlər adətən ölkənin iqtisadi sağlamlığının mövcud durumunun göstəricisi olaraq görülür. Lakin iqtisadçılar istehlk qiymətlərinin kəskin şəkildə artmasının və istehlak mallarının tədarük zənciri ilə bağlı problemlərin ABŞ-ın Sakit okean sahillərində lövbər salmış onlarla konteyner gəmisinin boşalmasının sürətinin azalmasına səbəb olmasından, habelə iş yerlərində artımın cüzi olmasından narahatdır.

ABŞ-ın keçən ay aprel-iyun aylarında iqtisadiyyatının 6.7% nisbətində artdığını bildirməsinə baxmayaraq, avqust ayında 235 min yeni iş yeri açıldığı halda, sentyabr ayında bu rəqəm aşağı düşərək 194 min olub. İşsizlik nisbətinin 4.8%-ə düşməsinə səbəb 5 milyon işçinin işini itirməsidir.

Son iki ayda iş artımı iyun və iyul aylarında iqtisdaiyyata əlavə olunan 2 milyon iş yeri illə müqayisədə kəskin şəkildə aşağı düşüb.

XS
SM
MD
LG