Accessibility links

ABŞ-da 6.65 milyon işsizlik müavinəti üçün müraciət etdi


Birləşmiş Ştatlar Əmək Nazirliyinin bildirdiyinə görə, keçən həftədən bəri ölkədəki böyük və kiçik müəssisələr koronavirus pandemiyasına görə qapılarını bağladığı üçün 6.65 milyon vətəndaş işsizlik təzminatı üçün müraciət edib.

Son göstəricilər 3 həftə ərzində 10 milyon işçinin maliyyə yardımına müraciət etdiyini göstərir. Milyonlarala işsiz qalan əlavə işsizlərin də gələn həftələr ərzində təzminata müraciət edəcəyi gözlənilir.

Vurusun yaxın günlərdə artması ilə ABŞ iqtisadiyyatına ciddi zərər vuracağı gözlənilir.

Son iki həftə ərzində müavinət almaq üçün müraciət edənlərin sayı 2008-ci ildəki iqtisadi tənəzzülün ilk altı ayı ilə müqayisədə qat-qat çoxdur.

ABŞ-ın bəzi iqtisadçıları iyul ayına qədər 25 milyondan 40 milyona qədər işçinin işdən çıxarılacağını proqnozlaşdırır.

Kaliforniya ştatının Sakit Okean sahillərində 879 min insan bu həftə təzminata müraciət edib. Pennsilvaniyada 406, Nyu-York ştatında isə 336 min işsiz maliyyə yardımı almalıdır.

XS
SM
MD
LG