Accessibility links

ABŞ-da son həftə işsizlik təzminatı üçün 751 min insan müraciət edib


ABŞ Əmək Departamentinın cümə axşamı bildirdiyinə görə, keçən həftə ölkədə işsizlik təzminatı üçün müraciət edənlərin sayı bir qədər azalıb. Lakin koronavirus pandemiyası dünyanın bu ən böyük iqtisadiyyatını vurmaqda davam etdiyi üçün rəqəmlər yüksək olaraq qalır.

Son həftə işsilik təzminatı üçün cəmi 751 min insan müraciət edib ki, bu, əvvəlki həftə ilə müqayisədə 7 min nəfər azdır.

Əmək Departamenti bildirib ki, hazırda cəmi 7,3 milyon insan işsizdir və bu, işsizlik səviyyəsinin 5 faiz olduğu deməkdir. Aprel ayında işsizlik nisbəti 14,7 faiz olduğu üçün bu rəqəm pandemiya dövründən bəri nəzərəçarpacaq dərəcədə azdır.

Bir həftə əvvəl ölkənin Ticarət Departamenti iyul-sentyabr ayları arasında ABŞ iqtisadiyyatında 7.4 faiz artım olduğunu bildirib.

Lakin ABŞ-da yeni koronavirusa yoluxma hallarının sayı gündə 100 mindən çox olaraq, rekord həddə çatdığı üçün ilin son üç ayında ölkədə iqtisadi artımın yavaşlayacağı gözlənilir. Belə ki, bəzi müəssisələr ilin əvvəlində olduğu kimi yenidən bağlanmaq məcburiyyəti ilə üzləşir.

Dövlət rəsmiləri mart-İyun aylarında koronavirusa yoluxmaların yüksəldiyi dövrdə olduğu kimi iş fəaliyyətini azaltmaq istəmirdi. Lakin yoluxma halları sürətlə artdığına görə bəzi müştərilər mağazalarda alış-veriş etməkdən və ya restoranlara getməkdən çəkindiyi və bir çox əyləncə tədbirləri aylardır ləğv edildiyi üçün işçilərin ixtisarı davam edir.

-

XS
SM
MD
LG