ABŞ Nümayəndələr Palatası və Senatının bazar ertəsi amerikalı ailələrə və müəssisələrə 900 milyard dollarlıq koronavirus yardım paketinə səs verməsi gözlənilir.
Belə bir qərara hökumətin nə qədər yardım ayıracağı, işsizlik təzminatları və ya iqtisadiyyatı açıq saxlamaq kimi məqamlarla bağlı Demokrat və Respublikaçı liderlərin bir neçə həftə davam edən müzakirələrindən sonra gəlinib.
Bu müzakirələr Cons Hopkins Koronavirus Resurs Mərkəzinin COVID-19-a bir gündə 200 mindən çox əlavə edilməklə, ABŞ-da təxminən 18 milyon təsdiqlənmiş yoluxma, 317 mindən çox ölüm halının qeydə alındığını bəyan etdiyi zaman aparılır.
Nümayəndələr Palatası və Senat liderləri bazar günü bildirib ki, 600 dollarlıq birbaşa ödəniş bir çox azgəlirli insana ediləcək, lakin illik gəliri 75000 dollardan yuxarı olanlar üçün bu məbləğ tədricən azaldılacaq. 1200 dollarlıq ödəmələr mart ayında daha böyük bir koronavirus relyef qanun layihəsi üzrə edilmişdi.
Yeni qanuna işçilərini məcburi şəkildə işdən azad edən şirkətlərə yardım üçün 284 milyard dollar da daxildir
Bundan əlavə paketdə 300 dollar məbləğində 11 həftəlik işsizlik təzminatı, yerli məktəblər və universitetlər üçün 82 milyard dollar, kirayə yardımı üçün 25 milyard dollar, teatrlar üçün 15 milyard dollar və uşaq baxımı üçün 10 milyard dollar nəzərdə tutulur.
Koronavirusun yaratdığı COVID-19 peyvəndləri səylərində digər ölkələrə 4 milyard dollarlıq yardım da var.