Accessibility links

ABŞ İranın dörd kəşfiyyat agentinə qarşı sanksiya tətbiq edib


Məsih Əlinejad
Məsih Əlinejad

Birləşmiş Ştatlar ABŞ jurnalisti və insan haqları fəalını qaçırmaq cəhdinin arxasında dayanan dörd iranlı kəşfiyyat agentinə qarşı sanksiya tətbiq edib. Bu barədə cümə günü ABŞ-ın Maliyyə Nazirliyi xəbər verib.

Sanksiyalar ABŞ ittihamçıları iyul ayında həmin dörd nəfəri Nyu-Yorka qərargahlanan və Tehranı tənqid edən jurnalisti qaçırmaqda təqsirli bilməsindən sonraya təsadüf edib. Reuters həmin jurnalistin iranlı-amerikalı Məsih Əlinejadın olduğunu təsdiq edib.

İran qaçırılma cəhdi ilə bağlı ittihamları “əsassız” adlandırıb.

“İran hökumətinin qaçırılma cəhdi Tehranın olduqları yerdən asılı olmayaraq tənqidi səsləri boğmaq cəhdidinin növbəti nümunəsidir,” Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin başçısı Andrea Qaki bildirib. “Xaricdə dissidentlərin hədəf alınması hökumətin repressiyasının İranın sərhədlərini aşdığını göstərir.”

Sanksiyalar dörd iranlının Birləşmiş Ştatlardakı və ya ABŞ-ın nəzarətində olan bütün əmlaklarına blok qoyur və onlarla ABŞ vətəndaşları arasında hər hansı tranzaksiyanı qadağan edir. Nazirlik əlavə edib ki, bu dörd şəxslə müəyyən tranzaksiyalar həyata keçirən amerikalı olmayan şəxslərə də ABŞ sanksiyaları şamil olunacaq.

Sanksiya tətbiq olunan şəxlərə İranda fəaliyyət göstərən yüksək vəzifəli kəşfiyyat rəsmisi Əlirza Şahvarogi Fərahani, habelə İranın kəşfiyyat əməliyyatçıları Mahmud Xazein, Kiya Sadegi və Omid Nuri daxildir.

XS
SM
MD
LG