Accessibility links

ABŞ İranın İnqilab Keşikçilərini terrorçu qrup elan edib


ABŞ prezidenti Donald Tramp İranın elitar İslam İnqilab Keşikçiləri Korpusunu terrorçu qrup elan edib. Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyır.

İslam İnqilab Keşikçiləri Korpusu İran hökumətinin qlobal terror kampaniyasını yönəltmək və həyata keçirməsi üçün əsas vasitəsidir.
ABŞ prezidenti Donald Tramp

Tənqidçilər bunun ABŞ hərbi qüvvələri və kəşfiyyat rəsmilərinə münasibətdə qeyri-dost hökumətlər tərəfindən eyni addımın atılmasına gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edir. Birləşmiş Ştatlar İnqilab Keşikçiləri Korpusu ilə əlaqələri olan onlarla qrup və şəxsin adını qara siyahıya salsa da, indiyə qədər bu addımı bütünlüklə qrupa qarşı tətbiq etməmişdi.

“İslam İnqilab Keşikçiləri Korpusu İran hökumətinin qlobal terror kampaniyasını yönəltmək və həyata keçirməsi üçün əsas vasitəsidir” – deyə, Tramp bəyanatında bildirib.

ABŞ prezidenti bildirib ki, qrupun terrorçu təşkilat kimi tanınması “İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görmək, ya da ona dəstək göstərməyin risklərini aydın edir”. “Əgər siz İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görürsünüzsə, siz terrorizmi maliyyələşdirirsiniz” - deyə, Tramp bildirib.

İranın kəskin tənqidçilərindən biri olan dövlət katibi Mayk Pompeo Tramp administrasiyasının Tehrana qarşı sərt siyasi mövqeyinin bir hissəsi olaraq siyasi kursda dəyişiklik edilməsinə səy göstərib.

İranın dövlət İRNA agentliyinin bildirdiyinə görə, ABŞ İnqilab Qvardiyasını terrorçular sıyahısına salsa, Vaşinqton qarşılıqlı cavabla üzləşəcək. İranın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Amerikanın İnqilab Qvardiyasını terrorçu adlandırması İsrailin baş naziri Benyamin Netanyahunun maraqları adından Vaşinqtonu "bataqlığa sürükləməsi demək olacaq."

XS
SM
MD
LG