Accessibility links

ABŞ İranın neft və maliyyə sektorlarına sanksiyaları bərpa edir


ABŞ prezidenti bazar ertəsi İranın neft sənayesi və maliyyə sektoruna qarşı sanksiyaları bərpa edib. Prezident Donald Tramp İranın 2015-ci ildə əldə olunan beynəlxalq razılaşma çərçivəsində nüvə proqramını məhdudlaşdırması müqabilində əldə etdiyi güzəştləri geri alacağını vəd etmişdi.

Bu sanksiyalar artıq böyük təsir göstərib. Biz İranın xam neft ixracını gündə bir milyon bareldən çox azalmağına nail olmuşuq. Bu rəqəmlərə daha da düşəcək.
ABŞ dövlət katibi Mayk Pompeo

Sanksiyalar ölkə iqtisadiyyatının böyük hissəsini təşkil edən İran neftinin alışına qadağaları bərpa edir.

Bu sanksiyalar həmçinin İranın mərkəzi bankı və ölkənin yük və gəmiqayırma sektorlarını da hədəf alacaq.

Dövlət katibi Mayk Pompeo bazar günü Fox News xəbər aqentliyinə verdiyi müsahibədə sanksiyaların müvəffəqiyyətli olacağını deyib.

"Bu sanksiyalar artıq böyük təsir göstərib. Biz İranın xam neft ixracının gündə bir milyon bareldən çox azalmasına nail olmuşuq. Bir neçə ölkə xam neft ixracını əhəmiyyətli dərəcədə azaldıb, amma bu göstəricini sıfıra endirmək üçün bir az vaxta ehtiyacları var, biz də onlara vaxt tanımışıq", Mayk Pompeo deyib.

İran prezidenti Həsən Ruhani bazar ertəsi televiziya çıxışı zamanı bildirib ki, İranın ABŞ sanksiyalarını pozacaq və neft satışına davam edəcək.

Tramp cümə günü verdiyi bəyənatda sanksiyaların məqsədinin İran liderlərini İranın "dağıdıcı davranışına" son qoymaq və ya "iqtisadi fəlakətə doğru aparan yolda irəliləmək" arasında seçim etməyə çağırmaq olduğunu bildirib.

ABŞ prezidenti İranın razılaşmaya əməl etmədiyini səbəb gətirərək may ayında nüvə razılaşmasından geri çəkilib. O, İranın hələ də nüvə silahları istehsal etdiyini və sanskiyaların aradan qaldırılmasının onlara Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini həyata keçirmək üçün pul qazandırdığını bildirib.

İran, ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya ilə 2015-ci ildə əldə olunan razılaşmadan sonra nüvə proqramının nüvə silahları istehsal etməyə yönəldiyini inkar edib. Sazişə əməl olunub-olunmadığına nəzarət edən ABŞ-ın atom enerjisi agentliyi bir neçə hesabatında İranın sazişə əməl etdiyini təsdiqləyib.

Razılığı imzalayan bütün digər tərəflər sazişin İranın nüvə silahları istehsal etməməsəni təmin etməyin ən yaxşı yolu olduğunu bildirib. İran rəsmiləri isə ABŞ istisna olmaqla, digər tərəflər razılığa əməl etdiyi təqdirdə sazişdən geri çəkilməyəcəyinə söz verib.

XS
SM
MD
LG