Accessibility links

ABŞ İranın raket proqramına yardım edən 13 şəxs və təsisata sanksiya tətbiq edib


ABŞ Çin, İraq, Rusiya və Türkiyədə 13 şəxs və müəssisəyə İranın raket proqramına dəstəklədiklərinə görə yeni sanksiyalar tətbiq edib.

Dövlət Departamenti bildirir ki, sanksiyanın tətbiq olunduğu insanlar arasında Pakistanın raket proqramına məxfi məhsullar satan Luo Dinqven adlı Çin vətəndaşı var.

Bundan əlavə sanskiyaların tətbiq olunduğu müəssisələr arasında Çin və Türkiyənin ixrac və ticarət şirkətləri də var.

Hər bir 13 şəxs və müəssisə 2000-ci ildə əldə olunan İran, Şimali Koreya və Suriyanın Nüvəsizləşdirməsi Aktını pozmaqda günahlandırılır.

Bu sanksiyalar "İranın raket proqramının nüvəsizləşdirmə ilə bağlı narahatlığın əhəmiyyətli hissəsini təşkil etdiyini vurğulayır”, Dövlət Departamenti çərşənbə axşamı bildirib və bu sanksiyaların “bizim İranın raket imkanlarını irəlilətməsinin qarşısını almaq üçün bütün mövcud tədbirlərdən istifadə etmək səylərimizə uyğundur".

XS
SM
MD
LG