Accessibility links

ABŞ İranın uran limitini aşdıqdan sonra nüvə silahı inkişaf etdirməsinə "heç zaman" icazə verməyəcək


ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il dünya qüdrətləri ilə imzalanmış beynəlxalq razılaşmasının tərkib hissəsi olan zənginləşdirilmiş uran ehtiyatına qoyulmuş limiti aşdığını elan etməsindən sonra İranın "yanğınla oynadığını" düşündüyünü söyləyib.

Tramp jurnalistlərə İrana deyəcək bir sözünün olmadığını deyib.

"İrana heç bir mesajım yoxdur. Onlar nə etdiklərini bilirlər, nə ilə oynadıqlarını da. Onlar atəşlə oynayırlar, İrana heç bir mesaj yoxdur”, ABŞ prezidenti Donald Tramp deyib.

Ağ Evin öncəki bəyanatında ABŞ-ın İrana nüvə silahını inkişaf etdirməyə "heç zaman icazə verməyəcəyi"nə dair mövqeyi təkrarlanıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatları limitinin artırılmasının razılığı pozmadığını iddia edib. Bu razılığa əsasən bir tərəf müqavilədən çıxdığı təqdirdə, digər tərəf razılığın şərtlərinə əməl etməyə bilər.

ABŞ razılıqdan ötən il çıxıb.

İran bazar ertəsi 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılıqda icazə verilən az zənginləşdirilmiş urana tətbiq olunan limitdən daha çox uran istehsal etdiyini açıqlayıb. Bu, Birləşmiş Ştatlar razılıqdan geri çəkiləndən bəri sazişi pozan ilk böyük addımdır.

İranın nüvə proqramına nəzarət edən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın limiti keçdiyini təsdiq edib.

Bu addımın Avropa ölkələri Birləşmiş Ştatlar və İranı müharibənin astanasından geri çəkməyə çalışdığı bir vaxt diplomatiyaya böyük təsirləri ola bilər.

Prezident Donald Trampın ötən il Barak Obamanın hakimiyyəti dövründə imzalanan nüvə razılığından geri çəkilmək qərarına qarşı çıxan avropalılar İranı razılığa əməl etməyə çağırıb.

İran may ayında Trampın sanksiyaları sərtləşdirməsindən sonra zənginləşdirilmiş uranın istehsalını sürətləndirəcəyini bildirmişdi. Vaşinqton bütün ölkələrə İran neftini almağa son qoymalarına dair göstəriş verib və əks təqdirdə sanksiyalarla üzləşəcəklərini bildirib. Tehran isə bunu İran xalqına aclıq çəkdirmək üçün hazırlanmış "iqtisadi müharibə" adlandırır.

XS
SM
MD
LG