Accessibility links

ABŞ-İran gərginliyi və Trampın bəyanatı


ABŞ-İran gərginliyi və Trampın bəyanatı
please wait

No media source currently available

0:00 0:02:10 0:00

ABŞ prezidenti Donald Tramp İranın İraqda ABŞ hərbi qüvvələrinin qərargahlandığı iki hərbi bazaya onlarla ballistik raket atmasından sonra Ağ Evdə Amerika vətəndaşlarına müraciətlə çıxış edib. Prezident İrana qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyinə söz verib və NATO-nu Yaxın Şərqdə daha geniş rol oynamağa çağırıb. Amerika liderinin bu açıqlamaları ABŞ-ın hücumu nəticəsində İran generalının öldürülməsindən sonra gərginliyin azaldılması cəhdi kimi qiymətləndirilir.

Ağ Evdə danışan prezident Tramp İranın raket hücumlarının əhəmiyyətini azaltmağa çalışıb.

“Amerika xalqı olduqca minnətdar və xoşbəxt olmalıdır. İran rejimi tərəfindən keçən gecə keçirilən hücumda bir nəfər amerikalıya zərər dəyməyib.”

Tramp gərginliyin azaldılmasına yönəlmiş hesab edilən addım ataraq, hərbi cavab verilməyəcəyini, yalnız Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini elan etdi. O, Qərb qüdrətlərini İranla nüvə sazişini tərk etməyə və yeni saziş üzərində işləməyə çağırdı.

“İranla dünyanı daha təhlükəsiz və daha dinc yer edəcək bir razılıq. Biz həmçinin İranın inkişafı və tərəqqisinə, eləcə də istifadə edilməmiş potensialından faydalanmasına imkan verən bir razılıq əldə etməliyik.”

Hücumlardan sonra İranın xarici işlər naziri Cavad Zərif Twitter sosial şəbəkəsində raket zərbələrinin “özünü müdafiə məqsədilə proporsional ölçülər” olduğunu və İranın müharibə istəmədiyini yazıb.

Keçən həftə İran generalı Qasım Süleymaninin Bağdadda öldürülməsindən qəzəblənən İraq parlamenti Amerikanın 5200 minlik əsgəri qüvvəsinin ölkədən çıxarılmasına səs verib. Tramp ABŞ-ın İraqdan “dostcasına çıxa bilmədiyi” təqdirdə sanksiyalar tətbiq etməklə hədələyib.

İran prezidenti Həsən Ruhani Twitter-də ölkənin ikinci ən nüfuzlu fiqurunun öldürülməsinə son cavabın “ABŞ-ın bütün qüvvələrinin regiondan çıxarılması” olduğunu yazıb.

İranın İraqdakı hərbi bazalara raket atması tələfatla nəticələnməyib. Pentaqon rəsmiləri bunun gərginliklərin artmasına yol veməmək və Trampa gərginliyin azaldılması imkanı vermək məqsədilə edilə bildiyini bildirib.

“İranın xalqı və liderlərinə. Biz istəyirik ki, sizin gələcəyiniz, gözəl bir gələcəyiniz, layiq olduğunuz bir gələcəyiniz olsun. Ölkə daxilində tərəqqi və dünya ölkələri ilə harmoniyada olan bir gələcək. Birləşmiş Ştatlar bunu istəyən hamı ilə sülhə hazırdır.”

XS
SM
MD
LG