Accessibility links

ABŞ: İran raket sınağı keçirib


Arxiv fotosu - İranın İnqilab Keşikçilərinin vebsyatında Dezful ballistik raketinin fotosu, 7 fevral, 2019.
Arxiv fotosu - İranın İnqilab Keşikçilərinin vebsyatında Dezful ballistik raketinin fotosu, 7 fevral, 2019.

İran körfəz bölgəsində gərginlikləri artıraraq, orta mənzilli raket sınağı keçirib. Bu haqda adının açıqlanmaması şərti ilə danışan ABŞ hərbi rəsmisi bildirib.

Onun bildirdiyinə görə, İran bu həftənin çərşənbə günü Şahab-3 raketinin sınağını keçirib. ABŞ rəsmisi raket sınağının İran körfəzində gəmilər və ABŞ hərbi qüvvələrinin bazası üçün təhlükə yaratmadığını deyib.

Raket İranın cənubunda sahil bölgəsindən atılıb və ölkə üzərində 1100 kilometr məsafəni qət etdikdən sonra Tehranın şərqindəki ərazidə düşüb.

ABŞ rəsmisinin sözlərinə əsasən, Birləşmiş Ştatlar raket sınağına hazırlıqların getdiyi müddətdə İranın raket meydançasını yaxından izləyib.

Tehran raket testini bu yaxınlarda tankerlər və dronlara hücumlardan sonra İran körfəzi regionunda gərginliklərin daha da artdığı bir vaxt keçirir. ABŞ öz müttəfiqlərini regionda gəmiçilik martşrutlarını mühafizə etməyə çağırıb.

İranın raket sınağı keçirməsi 2015-ci ildə dünya qüdrətləri ilə Tehran arasında imzalanmış nüvə sazişinin şərtlərini pozmur.

Lakin bununla belə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində İran nüvə başlıqları çatdırmaq qabiliyyətinə malik olan ballistik raketlərlə bağlı fəaliyyətlər aparmamağa çağırılır.

XS
SM
MD
LG