Accessibility links

ABŞ İran razılığı səbəbilə avropalı müttəfiqlərindən narazıdır


ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

Birləşmiş Ştatlar Avropanı 2015-ci ildə İranla əldə olunan razılıqdan çıxmağa çağırıb. Vaşinqton özü isə ötən il həmin razılıqdan çıxıb.

Varşavada keçirilən və 60-dan çox ölkənin iştirak etdiyi iki günlük konfransda, ABŞ vitse-prezidenti Mayk Pens cümə axşamı avropalı müttəfiqləri Amerikanın “İranın qanlı inqilabçı rejiminə” tətbiq etdiyi sanksiyaları pozmağa cəhd etməkdə günahlandırıb.

“Avropalı tərəfdaşlarımızın İran nüvə razılığından çıxıb, bizə qoşularaq İran xalqı, region və dünyanı layiq olduğu təhlükəsizlik, sülh və azadlıqla təmin etmək üçün iqtisadi və diplomatik təzyiq göstərmələrinin vaxtı gəlib çatıb”.

Pompeo təzyiqi artırır

Bundan əlavə konfransda iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo da deyib ki, Tehrana qlobal təzyiq artır.

“Heç bir ölkə bizim İranla bağlı irəli sürdüyümüz əsas faktlar, yaratdığı təhlükə, rejimlə bağlı nə danışıb, nə bu faktları inkar edib. Hər kəs yekdilli şəkildə bir nəticəyə gəlib”, Pompeo deyib.

Amma bəlkə də bu yekdillilik sadəcə konfransda iştirak edən ölkələr arasında olub. ABŞ-ın bəzi əsas müttəfiqləri konfransda iştirak etməyib. Onlara Fransa və Almaniyanın xarici işlər nazirləri daxildir. Britaniyanın nümayəndəsi ilə sammiti erkən tərk edib.

Hər üç müttəfiq 2015-ci ildə əldə olunan İran razılığına tam dəstəyini ifadə edib və razılığın qüvvədə qalması üçün ABŞ-ın Tehrana sanksiyalarını yan keçəcək ödəniş sistemi təsis edib.

ABŞ-Avropa arasında ixtilaf

Varşavada fəaliyyət göstərən Avropa Xarici Əlaqələr Şurasının təhlilçisi Pyotr Buras deyir ki, sammitin keçirildiyi Polşa və bəzi digər Avropa ölkələrinin Vaşinqtonun yanaşması isti münasibət bəslədiyi görülür, Tramp isə bunu fürsət olaraq görür.

“Mənə elə gəlir ki, Tramp administrasiyası Avropanın birliyinə fikir vermir, hətta bəlkə də Avropadakı bölgülərdən sui-istifadə edib, hətta onları dərinləşdirməyə çalışır”, o söyləyib.

Sammitdə İsrail və bir neçə sünni körfəz ölkəsi iştirak edib. Qətər, Türkiyə və Livan iştirak etməkdən imtina edib.

XS
SM
MD
LG