ABŞ-ın Ədliyyə Nazirliyi çərşənbə axşamı dezinformasiya yaymaqda ittiham olunan və İranla əlaqəli təxminən on üç xəbər saytını ələ keçirib.
"Bu gün məhkəmə qərarlarına əsasən ABŞ İran İslam Radio və Televiziya Birliyinin (IRTVU) istifadə etdiyi 33 veb sayt və ABŞ sanksiyalarını pozan, Kataib Hizballah-ı (KH) tərəfindən idarə olunan üç veb sayt ələ keçirib" - deyə, nazirliyin açıqlamasında bildirib.
İran mətbuatı da dövlətlə əlaqəli bir neçə xəbər saytının ABŞ hökuməti tərəfindən açıq bir səbəb və ya açıqlama olmadan "ələ keçirildiyi"ni təsdiqləyib.
Qəfildən oflayn vəziyyətə gətirilən saytlar arasında dövlət televiziyasının ingilis dilində yayımlanan Press TV, ərəbdilli Al-Alam və Yəməndəki Husi üsyançılarının Əl-Masirah peyklə yayımlanan xəbər kanalı da var.
Veb saytlarda "ələ keçirmə qərarı ilə" ələ keçirilməsi haqqında məlumat və Federal Təhqiqatlar Bürosu ilə Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun möhürləri yerləşdirlib.
Əl-Məsirah saytlarının ələ keçirilməsi haqqında bir bəyanat yayaraq bildirir ki, "Amerika və İsrailin millətimizə qarşı quldurluq hərəkətləri hər vasitə ilə mübarizə aparmaqdaa" davam etdirəcək.
Reusters bildirir ki, xəbər kanalı isə qısa bir müddətdə yeni bir domainlə fəaliyyətə başlayıb. Press TV, həmçinin çərşənbə axşamı yeni domainləri haqqında tweet paylaşıb.
Associated Press bildirir ki, Press TV İran liderlərinin senzurasından keçən beynəlxalq xəbərləri yayımlayır. TV ümumiyyətlə ABŞ və Britaniya xarici siyasətini tənqid edir.
Bu addım İranda Qərbin tanınmış tənqidçisi İbrahim Rəisinin yeni prezident seçməsindən bir neçə gün sonra atılıb.
Bundan əvvəl ABŞ dezinformasiya yaymaq üçün "İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qanunsuz olaraq istifadə edildiyi" bildirilən 92 domain ələ keçirib.
Agence France-Presse-in çərşənbə axşamı verdiyi xəbərə görə Hizbullahala əlaqəli, İranın İraqdakı dəstəklədiyi qruplara və Livanın hərbi-siyasi qruplaşmasına məxsus veb saytlar Ədliyyə Nazirliyinin mesajı ilə dondurulub.