Accessibility links

ABŞ İrana: Nüvə danışıqlarına qayıtmaq üçün vaxt tükənir


ABŞ İrana: Nüvə danışıqlarına qayıtmaq üçün vaxt tükənir
please wait

No media source currently available

0:00 0:01:56 0:00

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, İranın Vyanada 2015-ci il nüvə razılaşmasının canlandırılmasında dair danışıqlarına qayıtması üçün vaxtı tükənir. Birləşmiş Ştatlar İran müzakirələrə qayıtmaqdan imtina etdiyi təqdirdə başqa variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib.

İran bu həftə Dövlət katibi Antoni Blinken və onun İsrail və Birləşmiş Ərəb Əmirliklərindən həmkarları ilə Dövlət Departamentində görüşünün diqqət mərkəzində olub. Blinken Bayden administrasiyasının son doqquz ay ərzində ABŞ-ın İranın bunu etdiyi halda İranla nüvə razılaşmasına tam riayət edə biləcəyini açıq şəkildə ifadə etdiyini bildirib. İndi onun sözlərinə görə, vaxt bitir.

"Mən konkret bir tarix göstərməyəcəyəm, amma hər keçən gün keçdikcə İranın vicdanla hərəkət etməkdən imtina etməsi vaxt daralır", Dövlət katibi Blinken bildirib.

İsrailin xarici işlər naziri Yair Lapid daha ciddi bir mənzərə təsvir edərək, İranın nüvə silahı əldə etmək ərəfəsində olduğunu bildirib.

"Əgər iranlılar dünyanın onları dayandırmaqda ciddi olduğuna inanmasalar, bomba istehsalı üçün yarışacaqlar. İsrail istənilən vaxt istənilən şəkildə hərəkət etmək hüququnu özündə saxlayır", İsrailin xarici işlər naziri Yair Lapid bildirib.

Blinken Birləşmiş Ştatların 2015 -ci il İranla nüvə razılaşmasının İran problemini həll etməyin ən effektiv yolu olduğuna inandığını, lakin ABŞ-ın İran danışıqlardan imtina edəcəyi təqdirdə digər variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib. Lapid bu digər variantların çərşənbə günü danışıqların mərkəzində olduğunu deyib.

ABŞ aylardır digər dünya qüdrətləri ilə birlikdə Avstriyada, Vyanada danışıqlar aparmaqla rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan 2015-ci il müqaviləsini xilas etməyə çalışır. Lakin danışıqlar dalana dirənib və bəzi müşahidəçilər Tehranda yeni rəhbərliklə perspektivlərin daha da zəif göründüyünü bildirirlər. İran prezidenti İbrahim Rəisi İranın nüvə proqramının sülh məqsədli olduğunu iddia edir. O, ABŞ-ın Tehrana qarşı sanksiyalarını müharibənin yeni bir yolu adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG