Accessibility links

ABŞ İrana qarşı sanksiyaları bərpa edib


ABŞ İrana qarşı sanksiyaları bərpa edib
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Bazar ertəsi Birləşmiş Ştatlar İranın neft və bank sentoruna qarşı sanksiyaları bərpa edib. ABŞ həmçinin səkkiz ölkəni sanksiyalardan azad edərək onlara İran nefti almağa icazə verib.

İran neftinə ABŞ sanksiyaları tətbiq olunub.

Bizim məqsədimiz İran rejiminin zorakı və sabitsizliyi pozan əməllərini maliyyələşdirmək üçün istifadə etdiyi gəlirlərini kəsməkdir
Mayk Pompeo

“Bizim məqsədimiz İran rejiminin zorakı və sabitsizliyi pozan əməllərini maliyyələşdirmək üçün istifadə etdiyi gəlirlərini kəsməkdir” – deyə, ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Bu addım ABŞ-ın may ayında birtərəfli olaraq İran nüvə razılığından geri çəkilməsindən sonra atılıb.

Lakin İran nefti alan hər kəs cəzalandırılmayacaq.

İranın 12 ən böyük neft müştərilərindən səkkizi istisnalarla təmin edilib.

“Bu ölkələrin hər biri son altı ayda İranın xam neftininin alışını əhəmiyyətli dərəcədə azaldıb”, Pompeo söyləyib.

Tramp administrasiyası istisnalar onu göstərir ki, ABŞ İranın neft ixracını birdən birə sıfıra endirə bilməz.

Bunun səbəblərindən biri də İranın nüvə razılığını dəstəkləyən Avropa Birliyidir.

Vaşinqton ümid edir ki, qlobal enerji nəhəngləri ABŞ sanksiyalarını pozmağa cəhd etməyəcək.

Tehranda valyuta mübadilə məntəqəsi
Tehranda valyuta mübadilə məntəqəsi

“Enerji sahəsindəki böyük Avropa şirkətləri, avtomobil sahəsində də Reno ABŞ-da çox iş görür. Şirkət olaraq da onlar İrana açıq maliyyə kanalı qaldığı təqdirdə belə ABŞ sanksiylarını pozmaq riskini almaq istəməzlər” – deyə, Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Piter Harrel bildirib.

Qonşu Əfqanıstan kimi digər ölkələrdə isə bir çoxları ABŞ-ən bu addımının onlar üçün nə demək olduğunu anlamağa çalışır.

“Adətən sanksiyaların Əfqanıstan iqtisadiyyatına böyük təsiri olur. Bu, malların qiytmətlətinə təsir göstərəcək, İrandan idxal prosesini uzadacaq”, Əfqanıstanın Ticarət və Sənaye Palatasından Təvfiq Davari deyib.

Bu arada isə İran nüvə hələ ki, nüvə razılığına əməl etməyə davam edir. Lakin Tehran həmçinin ABŞ-ın iqtisadi müharibəsini məğlub edəcəyini vəd edir.

XS
SM
MD
LG