Accessibility links

ABŞ İrana qarşı yeni sanksiyalar nəzərdən keçirir


Birləşmiş Ştatlar İranın enerji və bank sektorlarına yenidən sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirir və İran hökümətinin “normal ölkə” kimi davranmalı olduğunu deyir.

Siyasi Planlaşırmanın direktoru Brayan Huk deyir ki, məqsəd İranın xam neft satışlarından əldə etdiyi gəliri sıfıra endirməklə rejimə təzyiqi artırmaqdır.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatları may ayında razılıqdan geri çəkib və digər ölkələrə xəbərdarlıq edib ki, İran iqtisadiyyatının sanksiya tətbiq olunan sektorları ilə ticarət aparsalar, onlar da sanksiyalarla üzləşə bilər.

İran prezidenti Həsən Ruhani razılığa dəstək toplamaq üçün Avstriya və İsveçrəyə səfər edəcək. O, Avropa ölkələrinin önümüzdəki günlərdə razılığı ayaqda tutacaq tədbirlər irəli sürəcəyini gözlədiyini deyib.

Birləşmiş Ştatlar, Britaniya, Rusiya, Fransa, Çin, Almaniya və Avropa İttifaqı da daxil olmaqla dünya qüdrətləri 2015-də İranla nüvə proqramının məhdudlaşdırılmasına dair razılıq əldə edib.

Ruhaninin səfəri İranda pisləşən intisadi vəziyyətə görə etirazların olduğu vaxta təsadüf edir.

XS
SM
MD
LG