Accessibility links

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi


ABŞ ballistik raket proqramını gizlətməkdə ittiham edərək İranın kosmik agentliyinə qarşı ilk sanksiyalarını tətbiq edib.

"ABŞ İrana kosmik buraxılış proqramından ballistik raket proqramını pərdələmək üçün istifadə etməsinə icazə verməyəcək," çərşənbə axşamı dövlət katibi Mayk Pompeo deyib.

Sanksiyalar İran Kosmik Agentliyi, İran Kosmik Tədqiqatlar Mərkəzi və Aeronavtika Tədqiqat İnstitutunu hədəf alır


Yeni sanksiyalar İran Kosmik Agentliyi, İran Kosmik Tədqiqatlar Mərkəzi və Aeronavtika Tədqiqat İnstitutunu hədəf alır.

Bu qurumların ABŞ-dakı hər hansı aktivləri bağlanır və ABŞ vətəndaşlarına onlarla iş aparmaq qadağan olunur.

ABŞ-ın verdiyi məlumata görə, İranın kosmik buraxılış vasitələri texnologiyası uçuş zamanı raketə nəzarət etmək üsulları da daxil olmaqla "ballistik raketlərdə istifadə olunanlarla demək olar ki, eynidir və bir-birini əvəz edir".

ABŞ, həmçinin "beynəlxalq elmi ictimaiyyəti İranla kosmosa buraxan nəqliyyat vasitələri ilə əməkdaşlıq edərək onun ballistik raket proqramına töhfə verə biləcəkləri" barədə xəbərdarlıq edib.

İran bildirir ki, kosmik proqramı telekommunikasiya peyklərini işə salmaq üçün raketlər hazırlamaq məqsədi daşıyır. İran 2013-cü ildən bəri bu cür iki peyki orbitə çıxarıb. Lakin bu il ötən həftə buraxılış meydançasında partlayan raket də daxil olmaqla digər üç cəhd uğursuz olub.

İran Prezidenti Həsən Ruhani
İran Prezidenti Həsən Ruhani

Çərşənbə axşamı İran prezidenti Həsən Ruhani ABŞ-la ikitərəfli danışıqlar aparmayacağını söyləyib.

Ruhani parlamentə deyib ki, hökumətinin Vaşinqtonla görüşməsinin yeganə yolu ABŞ-ın bütün sanksiyalarının ləğv etməsi və 2015-ci il nüvə sazişində digər tərəflərin də bərqərar olmasıdır.

XS
SM
MD
LG