Accessibility links

ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya güzəştini ləğv edir


Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib.

Ağ Ev prezident Donald Trampın üç müttəfiqi Yaponiya, Cənubi Koreya və Türkiyə, eləcə də Çin və Hindistana verdiyi güzəştlərə son qoymaq qərarına gəldiyini bildirib. Üç digər ölkə - İtaliya, Yunanıstan və Tayvan sanksiyalar bərpa olunandan bəri İrandan neft idxalını dayandırıb.

Birləşmiş Ştatlar bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən global tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib. Bununla onların neft istehsalını artıracaqları gözlənilir.

Ağ Ev bildirib ki, bu "qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır."

Dövlət katibi Mayk Pompeo Ağ Evin açıqlamasından sonra müxbirlərə sanksiya güzəştlərinin ləğvindən bəhs edib.

Prezident Donald Tramp ötən il 2015-ci ildə nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İranı sanksiyadan azad edən beynəlxalq razılıqdan geri çəkilərək İrana qarşı sanksiyaları bərpa edib.

Bu sanksiyaların məqsədi Tehranı tramp admnistrasiyasının “düşmən” adlandırdığı fəaliyyətini dəyişdirməsinə təzyiq göstərməkdir. Buna Suriyanın prezidenti Bəşar Əsədə və Yəməndə Husi üsysançılarını dəstəkləmək daxildir.

Birləşmiş Ştatlar noyabr ayında sanksiyaları bərpa edərkən, İran neftinin ən böyük idxalçısı olan səkkiz ölkəni bu sanksiyalardan qısa müddətlik azad edib. Bu ölkələrə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan daxildir.

ABŞ İran nüvə razılığından geri çəkilsə də, İran və sazişi imzalayan digər ölkələr - Britaniya, Çin, Fransa, Rusiya və Almaniya razılığı davam etdirmək niyyətində olduqlarını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın razılıqda qeyd olunan maddələrə əməl edib-etmədiyini yoxlayır. Bu maddələrə nüvə təsislərində fəaliyyət göstərən sentrifuqaların sayı və zənginləşdirilmiş urana tətbiq olunan məhdudiyyətlər daxildir. MAQATE bir neçə hesabatında İranın razılığa əməl etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG