Accessibility links

ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya güzəştini ləğv etdi


Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları sərtləşdirir. Cümə axşamı ölkənin ən böyük neft alıcılarına neft almağa davam edə bilmək üçün verilən imtiyazlar başa çatıb.

ABŞ dövlət katibi bildirir ki, səkkiz alıcıya verilən bu imtiyazları başa çatdırmaqla Birləşmiş Ştatlar İran hökümətinə “maksimum təzyiq” tətbiq edəcək.

ABŞ Dövlət Departamenti bu addımı Tramp administrasiyasının İranın neft ixracını sıfıra endirmək və rejimin xaricdə terrorizm və zorakılığı maliyyələşdirmək üçün ehtiyacı olan gəlirini kəsmək vədinin həyata keçirməsi kimi qiymətləndirib.

Bu addım prezident Tramp Birləşmiş Ştatların İranın sanksiyalardan azad olmaq müqabilində nüvə proqramını məhdudlaşdıran beynəlxlaq sazişdən geri çəkilmək vədini həyata keçirmək yolunda atdığı ən son addımdır.

Tramp nüvə razılığından geri çəkildiyini 2018-ci ilin may ayında elan edib və yeni sanksiyalar noyabr ayında qüvvəyə minib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə imtiyazlar verliib.

O zamandan bəri İtaliya, Yunanıstan və Tayvan İrandan neft idxallarını dayandırıb.

İranın neft naziri Bican Zangane çərşənbə günü deyib ki, Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirə bilməyəcək və İranın neft istehsal edən qonşuları hasilatı İran neftinin bloklanmasını kompensiyaya edəcək səviyyəyə çatdırmaq imkanlarını şişirdib.

Tramp administrasiyası ötən ay neft imtiyazlarını ləğv etmək niyyətini elan edəndən bəri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin İran neftinin idxalının dayandırılması ilə yaşanan itkini kompensasiya edəcəyinə dair inamını ifadə edib.

Türkiyə və Çin ABŞ-ın bu hərəkətinə hücum edib, lakin onların İran neftini almaqda davam edib-etməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG