ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatlar BMT məhkəməsinin Vaşinqtondan Tehrana qarşı humanitar məhsulların idxalının məhdudlaşdırıldığı sanksiyaları aradan qaldırması haqda tələbindən sonra İranla 1955-ci il sazişinə son qoyub.
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Ştatlardan İrana qarşı tibb, ərzaq və təyyarə hissələrinin idxalının nəzərdə tutulduğu sanksiyaları aradan qaldırmasını tələb edib.
Dövlət katibi Pompeo ABŞ-ın iki ölkə arasında iqtisadi və konsul əlaqələrinin yaradılmasına dair 1955-i il sazişini dayandırdığını elan edib.
“Bu qərar, açığı, 39 ildir gecikdirilir. İran Birləşmiş Ştatların ölkəmizin təlükəsizliyini müdafiə etmək üçün zəruri olan hüquqi hərəkətlər etmək kimi suveren hüquqlarına müdaxilə etməyə cəhd göstərir. İran Beynəlxalq Ədalət Məhkəməsindən siyasi və propaqanda məqsədləri üçün istifadə edir ”-deyə, Pompeo Vaşinqonda keçirilən mətbuat konfransda bildirib.
Bu qərar, açığı, 39 ildir gecikdirilir.
İran Beynəlxalq Ədalət Məhkəməsinə Birləşmiş Ştatların 2015-ci ildə İran və dünyanın qüdrətli dövlətləri arasında imzalanmış razılaşma ilə aradan qaldırılmış sanksiyaların bərpa edilməsi haqda addımının 1955-ci il sazişinin pozulması olduğu ilə bağlı şikayət edib.
Məhkəmə çərşənbə günü ABŞ sanksiyalarının İranın mülki aviasiya təhlükəsizliyini təhlükə altına ala biləcəyi və ərzaq, tibb və tibbi ləvazimata adi edilərək, iranlıların sağlamlığı və həyatlarına təsir göstərə biləcəyi haqda qərar verib.
Qərarda Birləşmiş Ştatlardan bu sektorlara aid məhsulların azad idxalına təsir göstərəcək “bütün məhdudiyyətlərin aradan qaldırılması” istənilir.
İranın Xarici İşlər Nazirliyi BMT məhkəməsinin qərarını alqışlayıb.