Accessibility links

ABŞ: İranla danışıqlar Vyanada davam edəcək


ABŞ və İran bir-birilərini 2015-ci ildə əldə olunan razılığa yenidən əməl etdirməyə çalışmaq məqsədilə gələn həftə Vyanada çoxtərəfli danışıqların ikinci raundunu başladacaqlar, lakin İran israr edir ki, ona qarşı tətbiq olunan bütün ABŞ sanksiyaları qaldırılmalıdır. ABŞ isə xəbərdarlıq edib ki, belə bir tələb onları çıxılmaz vəziyyətə sala bilər.

Cümə günü müxbirlərlə danışan ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi deyib ki, çoxtərəfli danışıqlar gələn həftə Avstriya paytaxtında davam edəcək. ABŞ və İran diplomatları günün əvvəlində görüşlərin ilk raundunu başa çatdırıb, Avropa İttifaqından vasitəçilər iki tərəf arasında mesajları çatdırıb. Danışıqlar çərşənbə axşamı başlayıb və İran 2015-ci ildə əldə olunan razılığı imzalayan Britaniya, Fransa, Almaniya, Çin və Rusiya ilə görüşüb. Bundan əlavə bu ölkələr ayrı olaraq yaxınlıqdakı ABŞ nümayəndə heyəti ilə də görüşüblər.

Razılığa əsasən İran dünya qüdrətlərinin sanksiyaları aradan qaldırması müqabilində silah istehsalına gətirib çıxaracaq nüvə fəlaiyyətini dayandırmalı idi. ABŞ 2018-ci ildə razılıqdan geri çəkilərək, birtərəfli olaraq o zamankı prezident Donald Trampın hakimiyyəti altında İrana sanksiyaları artırmağa başlayıb. Tramp sələfinin əldə etdiyi bu razılığın İranın təhlükəli davranışının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini bildirərək tənqid edirdi. İran bir il sonra cavab olaraq razılıqda qeyd olunan zənginləşdirmə limitlərini aşmağa başladı.

ABŞ rəsmisi bu həftə keçirilən danışıqları səmərəli, işgüzar və konstruktiv adlandırıb. Lakin rəsmi deyib ki, Aİ vasitəçilərinin iki hotel arasında gedib-gəlib ABŞ və İran komandaları arasında mesaj daşıması yorucu idi.

“Biz ABŞ tərəfindən hər hansı sanksiyaların qaldırılması prinsipləri ilə bağlı düşüncə mübadiləsi apardıq,” rəsmi deyib. O əlavə edib ki, ABŞ tərəfi aradan qaldırılacaq mümkün sanksiyaların siyahısı təqdim etməyib. İran da razılığa yenidən əməl etmək üçün hansı addımları atacağının siyahısını irəli sürməyib.

İranın dövlət Press TV xəbər saytı İranın danışıqlardakı əsas nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Arağçının Tehranın ABŞ-ın razılıqdan geri çəkiləndən sonra tətbiq olunan bütün sanksiyaları aradan qaldırmasından sonra razılığa tam şəkildə əməl edəcəyini dediyini bildirib.

ABŞ rəsmisi bu tələbi rədd edərək bildirib ki, Bayden administrasiyası Trampın sanksiyalarının ən azından bəzilərini “qanuni” olaraq görür.

2015-ci il razılığına əsasən ABŞ-ın nüvə fəaliyyəti ilə əlaqəli olmayan, terrorizm, insan haqları pozuntuları və ya bizim seçkimizə müdaxilə kimi səbəblərə görə sanksiya tətbiq etmək haqqına sahibdir,” rəsmi deyib və əlavə edib ki, İranın razılığa gəlmək üçün bütün sanksiyaların aradan qaldırılmasında israr etməsi məsələni çıxılmaz vəziyyətə salacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG