Accessibility links

ABŞ İraq və Əfqanıstanda əsgəri qüvvənin sayının azaldılacağını bəyan edib


Arxiv fotosu - ABŞ hərbi qüvvələri Əfqanıstan Milli Ordusunun Loqar vilayətində bazasında patrul həyata keçirir, 7 avqust, 2018.
Arxiv fotosu - ABŞ hərbi qüvvələri Əfqanıstan Milli Ordusunun Loqar vilayətində bazasında patrul həyata keçirir, 7 avqust, 2018.

ABŞ-ın Mərkəzi Komandanlığı Əfqanıstanda hərbi qüvvələrin sayının 8600-dən 4500 nəfərə endiriləcəyini bildirib.

Əfqanıstanda hərbi qüvvələrin sayının azaldılması ilə bağlı Hərbi Dəniz piyadaları qüvvələrinin generalı Kennet Makkenzi Amerikanın Səsinə və başqa iki media qurumuna bildirib:

“4500 sayla da biz yerinə yetirmək istədiyimiz əsas vəzifəni yerinə yetirə biləcəyik və biz bu ölkədə işğalçı qüvvə kimi tanınmaq istəmədiyimizi nümayiş etdirmək üçün kifayət qədər xoş məram göstərmişik. Lakin bizim Əl-Qaidə və İŞİD kimi qrupların ABŞ-a hücum etmək üçün orada sığınacaq tapa bilməyəcəyinə əmin olmağımızı tələb edən strateji maraqlarımız, həyati maraqlarımız var."

General Frank Makkenzi
General Frank Makkenzi

Bundan bir qədər öncə ABŞ hərbi qüvvələri bu ay İraqdan daha çox hərbi qulluqçusunun çıxarılacağını bəyan edib.

General Makkenzi çərşənbə günü İraqa səfəri zamanı ABŞ-ın bu ölkədəki əsgəri qüvvəsinin sayını 5200-dən 3000-ə endirəcəyini bildirib.

"Burada qalan ordumuz İslam Dövlətinin İraqdakı son qalıqlarının kökünü kəsmək və davamlı məğlubiyyətini təmin etmək üçün iraqlı tərəfdaşlarımıza məsləhət vermək və yardım etməyə davam etməyə imkan verəcək. Biz bu qərarı İraq təhlükəsizlik qüvvələrinin müstəqil fəaliyyət qabiliyyətinin artdığına inandığımıza görə verdik" - deyə, Makkenzi bildirib.

ABŞ əsgərləri Bağdad yaxınlığındakı Taci hərbi bazasının ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrindən İraq hərbi qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edir, 23 avqust, 2020.
ABŞ əsgərləri Bağdad yaxınlığındakı Taci hərbi bazasının ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrindən İraq hərbi qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edir, 23 avqust, 2020.

ABŞ-ın İraqdakı hərbi qüvvələri əks-terror əməliyyatları həyata keçirir və İraq qüvvələrinə təlim verir.

ABŞ prezidenti Donald Tramp 2016-cı ildə seçkiqabağı kampaniyası zamanı ölkənin "bitməyən müharibələrinə" son qoymaq istədiyini demişdi.

"Biz əsgərlərimizi İraqdan kifayət qədər sürətlə çıxarır və oradan tamamilə çıxacığımız günü səbirsizliklə gözləyirik" - deyə, Tramp keçən ay İraqın baş naziri Mustafa Əl-Kadhimini Ağ Evdə qəbul edərkən bildirib.

"Ümid edirəm ki, İraq öz həyatını yaşaya bilər və bizim müdaxilədən çox əvvəl olduğu kimi özünü müdafiə edə bilər"- deyə, əlavə edib.

XS
SM
MD
LG