Accessibility links

ABŞ İraq və Suriyada İŞİD tərəfindən zorakılıqların artmadığını deyir


Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri İranın ordu generalı Qasım Süleymaninin Bağdadda ABŞ dronu ilə öldürülməsindən bir neçə həftə sonra deyib ki, İraq və Suriyanın şimal-şərqində İslam Dövlətinin fəaliyyətində heç bir irəliləyiş olmayıb.

Cefri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı əməliyyatlarına fasilə verildiyini deyib, çünki əsas diqqət qüvvələrin qorunmasına və Bağdad höküməti ilə İraq parlamenti xarici qoşunların ölkədən çıxarılmasına səs verməsindən sonra gələcəklə bağlı danışıqların aparılmasına yönəlib.

ABŞ-ın yanvarın 3-də İranın bölgədə nüfuzunu genişləndirməyə çalışan İran generalı Süleymaninin və İraqın yarı-hərbi dəstəsinin başçısı Əbu Mehdi Əl-Mühəndisin ölümü ilə nəticələnən İraq ərazisində həyata keçirdiyi dron hücumu qanunvericiləri qəzəbləndirmişdi.

"İraqda bu müddət ərzidə İŞİD tərəfindən zorakılıqlar artmayıb"- deyə, Ceyms Cefri Dövlət Departamentində müxbirlərə bildirib.

Cefri rəsmilərin Suriya və İraqda ABŞ-ın başçılığı ilə İslam Dövlətinə qarşı əməliyyatda irəliləyiş yolunu müzakirə etmək çərşənbə günü Kopenhagendə bir araya gələcəklərini deyib.

"Koalisiya bu missiyaya çox sadiqdir" - deyə, o bildirib.

XS
SM
MD
LG