Accessibility links

ABŞ İsraildə hava və raketlərdən müdafiə sistemi yerləşdirib


ABŞ və İsrailin ordu rəsmiləri ilk dəfə olaraq İsraildə hava və raketlərdən müdafiə sisteminin ən təkmilləşdirilmiş formasının yerləşdirildiyini bildirib.

Bu sistem Amerikanın dünyada belə bir sistemi çevik şəkildə yerləşdiridirməsinə bir sınaq mahiyyəti daşıyır. Bunu ABŞ-ın Avropa Komandanlığının sözçüsü bildirib.

O, təhlükəsizlik baxımından THAAD-ın yerləşdirilməsinin nə qədər sürdüyü barədə məlumat verməyib.

Son inkişaflar İsraillə İran arasında İsrailin Suriyada bombalama kampaniyası və İranın İsraillə hərbi münaqişə ehtimalının mümkünlüyünü deməsi üzündən yaranan gərginliklər vaxtına təsadüf edir.

Sistemin yerləşdirilməsinin bir hissəsi olaraq ABŞ qüvvələri İsrailin Müdafiə Nazirliyi ilə əməkdaşlıq aparmaqla Avropanın bir sıra bölgəsi və İsraildə çalışacaq.

İsrailin ordu sözçüsü Conatan Konrikusun bildirdiyinə görə, sistem İsrail və ABŞ-ın simulyasiya etdiyi əvvəlki hərbi təlimlərdən fərqlənir.

O, THAAD sisteminin komponentlərinin Neqev səhrasındakı hava bazasında olduğunu və yaxın zamanda onların adı açıqlanmayan əraziyə köçürüləcəyini bildirib.

XS
SM
MD
LG