Accessibility links

ABŞ ilə Cənubi Koreya arasında Şimali Koreyaya qarşı sanksiyalarla əlaqədar fikir ayrılığı yaşanır


Təhlilçilər deyir ki, Şimali Koreya Bayden administrasiyasının danışıqlar aparmaq təklifini rədd edib, silah sistemini təkmilləşdirdiyi bir vaxt, Pxenyana qarşı sanksiyaların yumşaldıb-yumşaltmamaqla əlaqədar olaraq Vaşinqtonla Seul arasındakı əlaqələrdə sabitlik pozula bilər.

Cənubi Koreyanın xarici işlər naziri Çunq Eui-yonq cümə günü deyib ki, Birləşmiş Ştatlar və Cənubi Koreya Pxenyanı danışıq masasına dönməyə cəlb etmək üçün Şimali Koreyaya tətbiq olunan sanksiyaları yumşatmağı nəzərdən keçirməlidir.

“Məncə indi sanksiyaların yumşaldılmasını nəzərdən keçirmək vaxtıdır,” Çunq cümə günü Seulda parlament sessiyası zamanı bildirib.

Ötən ay Prezident Mun Cae-in ilə birlikdə BMT-nin Baş Assambleyasında iştirak edən Çunq deyib ki, “Əgər biz status-kvonun davam etməsinə imkan versək, bu, Şimali Koreyanın raket imkanlarının güclənməsinə gətirib çıxaracaq.” O, bunu sentybarın 23-də The Washington Post-a müsahibəsində bildirib.

Çunq daha öncə Munun milli təhlükəzlik müşaviri vəzifəsində çalışıb və Vaşinqtonla Pxenyan arasında vasitəçi rolunda oynayıb. Belə ki, o, 2018-ci ilin mart ayında Ağ Evə səfəri zamanı Şimali Koreya lideri Kim Conq Unun sabiq Prezident Donald Trampla görüşmək istəyini çatdırıb. Çunq Kimlə Tramp arasında ilk sammiti elan edib, lakin Vaşinqtonla Pxenyan arasında danışıqlar 2019-cu ilin sentyabr ayında dayandırılıb.

Mun 2017-ci ilin may ayında vəzifəsinin icrasına başlayandan bəri Pxenyanla davamlı yaxınlaşmanı və nüvəsizləşmə ilə bağlı koreyalararası əməkdaşlığı dəstəkləyib ki, bu mövqe Vaşinqtonun Şimali Koreya siyasətinə zidddir.

Demokratiyaların Müdafiəsu Fondunun baş direktoru Deyvid Maksvel deyib ki, Seulun sanksiyaların yumşaldılmasına dair çağırışına ittifaqda əhəmiyyətli dərəcədə çəkişmələrə səbəb olacaq, çünki ABŞ Koreya Respublikasının sanksiyaları azaltmaq çağırışına müqavimət göstərəcək.”

ABŞ Dövlət Departamenti cümə günü Çunqun şərhinə cavab olaraq Şimali Koreyaya qarşı sanksiyaları qüvvədə saxlamağın əhəmiyyətini vurğulayıb. “Şimali Koreya Demokratik Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq sanksiyalardan yayınmaq səyləri vasitəsilə kütləvi qırğın silahları və balistik raket proqramlarını maliyyələşdirməyə davam edir,” Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin Koreya xidmətinə bildirib.

“Beynəlxalq ictimaiyyətin Şimali Koreya Demokratik Respublikasının təxribatları dayandırması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri altındakı öhdəliklərinə əməl etməli, Birləşmiş Ştatlarla davamlı və intensiv danışıqlar aparmalı olduğuna dair güclü, vahid mesaj göndərməsi vacibdir,” sözçü deyib.

Pxenyan hələ ki, Vaşinqtonun şərtsiz ilkin dialoq danışığını rədd edir.
Kim cümə axşamı rejimin Ali Xalq Assamleyası qarşısındakı çıxışı zamanı bu təklifi “beynəlxalq ictimaiyyəti aldatmaq üçün xırda hiylə”və “ABŞ-ın öncəki administrasiyalarının yürütdüyü düşmən siyasətinin davamı” adlandırıb.

Kim ABŞ-la diplomatik əlaqələrə qarşı çıxsa da, oktyabr ayından başlayaraq koreyalararası kommunikasiya xəttlərini bərpa etməyi təklif edib. Bir çox ekspert bunu Cənubi Koreyanı sanksiyaları yumşaltmağa çağırış etməyə təşviq etmək, eyni zamanda isə Seulla Vaşinqton arasında fikir ayrılığına səbəb olmaq cəhdi olaraq görür.​

XS
SM
MD
LG