Accessibility links

ABŞ-ın inaqurasiya tarixi


ABŞ-ın inaqurasiya tarixi
please wait

No media source currently available

0:00 0:03:43 0:00

Yanvarın 20-də keçmiş vitse-prezident Co Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içəcək. Amerikalılar dörd ildən bir demokratiyanın güclü simvolu olan hakimiyyətin dinc ötürülməsinin şahidi olur.

İnaqurasiya Günü - Amerikalıların sarsılmaz özünüidarə idealının təsdiqidir. Yeni rəhbər and içir və idarə olunanlarının razılığı ilə hakimiyyətin rəhbərliyini əlinə alır. "Gəlin bu günün ümidini tariximizin ən nəcib hissəsinə çevirək" deyir Klinton.

Yeni prezidentlər vəzifələrinə qarşıdakı dörd ildəki ovqatı təyin edən çıxış ilə başlayır.
“Ölkənizin sizin üçün nə edə biləcəyini soruşmayın, sizin ölkəniz üçün nə edə biləcəyinizi soruşun” - deyə, Kennedi bildirir.

Ağ Evin Tarixi Assosiasiyasından Kolin Şoqan: “Bu, Amerikanın yenilənməsi üçün real bir fürsətdir. İlk dəfədir ki, prezident özünü millətin prezidenti kimi təqdim edir və onun bunu yenidən etmək üçün heç vaxt belə bir fürsəti olmayacaq. Beləliklə, bu, Amerika tarixində çox vacib bir andır.”

İstər Ronald Reyqanın federal gücün məhdudlaşdırılmasına dair çağırışı,
istərsə də Amerikanın ilk qaradərili prezidentinin andiçmə mərasimi olsun, bəzi andiçmə mərasimləri daha çox yadda qalır. Corc Vaşinqton Universitetindən Mət Dallek: "Həmin anlar milli yaddaşda qalır. Cünki onlar ölkə və həmin dövr haqqında daha təməl bir şeyi əks etdirir."

İnaqurasiya ghəm simvolik jestlər üçün vacib bir an ola bilər. 1809-cu ildə Ceyms Medison inaqurasiyada geydiyi paltarının Amerikada tikilməsini istəyib.

Duayt Eyzenhauerin 1953-cü ildəki inaqurasiya paradı Amerikanın hərbi qüdrətini nümayiş etdirib. "1865-ci ildə Linkoln iilk dəfə olaraq ikinci andiçmə mərasimindəki açılış paradına afrikalı-amerikalıları dəvət edib" - deyə, Şoqan bildirir.

1917-ci il də Vurdou Vilsonun ikinci andiçmə mərasimi keçirilib. Həmin paradda ilk dəfə olaraq qadınlar iştirak edib”.

Vilyam Henri Harrisonun 1841-ci ildə andiçmə mərasimi faciəvi olub. O dövrdə 68 yaşında prezident seçilən ən yaşlı Harrison havanın şaxtalı olmasına baxmayaraq andiçmə mərasimində bir saatdan çıxış edib. Şoqan: “O, güclü olduğunu və prezident vəzifəsinə hazır olduğunu sübut etmək istəyirdi.”

Harrison həmin axşam xəstələnib və bir ay sonra vəfat edib. O, tarixdə ən qısa müddət vəzifədə olan ABŞ prezidenti olaraq qalır.

Zaman keçdikcə bu sadə mərasimlər daha təmtəraqlı olmağa başlayıb. Televiziyanın yaranması bu görüntüləri daha vacib edir. Bunlarla yanaşı bunda həmçinin prezidentlik vəzifəsinin öhdəliklərinin artmasının da payı var. Mət Dallek: "Prezidentin vəzifələri və məsuliyyətləri artdıqca, gördüyünüz kimi, andiçmə mərasimləri və paradlar da böyüyür."

Bu, Amerika demokratiyasının davamlılığının bayramıdır.

XS
SM
MD
LG