Accessibility links

ABŞ iranlı generala təqiblərdəki roluna görə sanksiyalar tətbiq edib


ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk

Tramp administrasiyası cümə günü İranın yüksək vəzifəli generalına hökümət əleyhinə etirazçılara qarşı zorakı təqiblərdəki roluna görə sanksiyalar tətbiq edib. Administrasiya İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasını gücləndirir.

Dövlət Departamenti bildirib ki, İslam İnqilab Keşikçiləri Korpusunun generalı Həsən Şahvarpura noyabr ayında İranın cənub-qərbində 150-ə yaxın nümayişçinin ölümünə göstəriş verdiyinə görə sanksiyalar tətbiq olunub.

"General Şahvarpur Mahşəhr ətrafında zorakı təqiblər və ölümcül repressiyalar edən bölmələrə başçılıq edirdi" - deyə, ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk bildirib. O deyib ki, Mahşar iranlıların Dövlət Departamentinə təqdim etdiyi şəkil və videolar sayəsində müəyyən olunub.

Departament iranlıları repressiya və insan haqları pozuntularına dair dəlilləri təqdim etməyə çağırandan sonra, 88 mindən çox sübutun təqdim olunduğunu bildirib.

İran ABŞ-ın repressiya ittihamlarını rədd etsə də, Mahşəhrdə silahlı olduğunu iddia etdiyi separatçılara müqavimət göstərdiyini bildirib.

XS
SM
MD
LG