Accessibility links

Tramp ABŞ-ın Bağdaddakı səfirliyinə hücumda İranı günahlandırır


Birləşmiş Ştatların Bağdaddakı səfirliyində təhlükəsizlik qüvvələri ABŞ-ın İraq və Suriyada İranın dəstəklədiyi yarı-hərbi qüvvələrə qarşı hava hücumlarına görə qəzəblənərək səfirliyin divarını dağıdan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

İranpərəst qüvvələri dəstəkləyən və əllərində bayraqlar tutmuş minlərlə etirazçıdan bəziləri kiçik yanğınlar törədib, daş atıb.

Prezident Donald Tramp ABŞ səfirliyinə hücuma görə İranı günahlandırıb.

“İran çoxlarını yaraladı, bir amerikalı işçini öldürdü. İndi isə İran ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edib. Onlar buna görə məsuliyyət daşıyacaqlar. Bundan əlavə, biz İraqdan bizim səfirliyi qorumaq üçün öz gücündən istifadə edəcəyini gözləyirik" deyə, Trump çərşənbə axşamı Twitter səhifəsində bildirib.

Bazar günü edilən hava hücumları İraqın yüksək səviyyəli rəsmilərinin qəzəbinə və tənqidinə səbəb olsa da, Birləşmiş Ştatlar öz addımını müdafiə edərək, bunu bir də təkrar edə biləcəyi barədə xəbərdarlıq edib.

"İranın Amerikanın maraqlarına hücum etməsinə imkan verməyəcəyik" deyə, Dövlət Departamentinin yüksək səviyyəli bir nümayəndəsi bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib və hava hücumlarının müdafiə xarakterli olduğunu deyib.

ABŞ-ın Kataib Hizbulla militant qrupunun silah anbarlarını, İraq və Suriyanın şərqindəki komanda və nəzarət yerlərini hədəf alan hava hücumları azı 25 nəfərin ölümünə səbəb olub və çox sayda militant yaralanıb.

XS
SM
MD
LG